Rusiya və Belarus oliqarxlarına qarşı sanksiyalarla bağlı yeni işçi qrupu fəaliyyətə başlayır

Rusiya və Belarus oliqarxlarına qarşı sanksiyalarla bağlı yeni işçi qrupu fəaliyyətə başlayır

Mart 22, 2022

Rusiya və Belarus oliqarxlarına qarşı sanksiyaları Avropa İttifaqı səviyyəsində əlaqələndirmək məqsədilə Avropa Komissiyasının “Freeze and Seize” (“Dondurma və Müsadirə”) adlı yeni İşçi Qrupu fəaliyyətə başlayıb. 

İşçi qrupu “Rusiyanın elitası, səlahiyyətli şəxsləri və oliqarxları (REPO)” üzrə İşçi Qrupu ilə birlikdə işləyəcək. Aİ bu qurum çərçivəsində G7 ölkələri (Avstraliya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ) ilə işləyir.

Qurumlar arasında əməkdaşlıq Atlantik okeanının hər iki tərəfində tətbiq olunan sanskiyaların səmərəliliyinə zəmanət verir. 

“Bu cür təşəbbüslər sanksiyalara məruz qalan fiziki və hüquqi şəxslərə məxsus aktivlərin sürətlə dondurulması və müsadirə edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Ona görə də biz Ukraynada hadisələrin maliyyələşdirilməsinə və ya təşkilinə kömək edən və ya İttifaqın ərazisində qeyri-qanuni fəaliyyətlər həyata keçirən oliqarxların aşkarlanması istiqamətində birgə işimizi gücləndirməliyik”, – deyə Ədliyyə üzrə Komissar Didye Reynders bildirib.

“Birgə fəaliyyətlərimiz əhəmiyyətli təsir göstərir. Rusiya iqtisadiyyatı sərbəst şəkildə çökür”. Bunu Maliyyə xidmətləri, maliyyə sabitliyi və kapital bazarları ittifaqı üzrə Komissarı Mayred Makginnes bildirib. O əlavə edib: “Biz oliqarxlara sanksiyalardan yayınmağı asanlaşdırmaq üçün onlara maliyyə, hüquqi və digər xidmətlər göstərənlərin hansı risklərə məruz qaldıqlarından xəbərdar olmalarını təmin etməliyik. Sanksiyalarla bağlı qanunlarımızı pozacaq istənilən və bütün cəhdləri araşdıracağıq və lazımi tədbirlər görüləcək. Məqsədimiz Rusiyanın “müharibə maşınına” pul axınını dayandırmaqdır. Rusiyanın “müharibə maşınına” dəstək verən varlı oliqarxlar bilməlidirlər ki, nə Aİ-də, nə də başqa yerdə onlara sığınacaq verilməyəcək”. 

“Freeze and Seize” İşçi Qrupu Avropa Komissiyası, ittifaqa üzv dövlətlərdə yerləşən yerli əlaqə mərkəzləri, “Eurojust” və “Europol”, eləcə də digər Aİ təsisatları və qurumlarından təşkil olunub. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,