Narkotik vasitələr ilə əlaqədar fövqəladə vəziyyətlər üzrə Avropa şəbəkəsi Aİ-nin qonşuluq ölkələrində növbətçi mərkəzlər açacaq
Yanvar 15, 2021

Narkotik vasitələr ilə əlaqədar fövqəladə vəziyyətlər üzrə Avropa şəbəkəsi Aİ-nin qonşuluq ölkələrində növbətçi mərkəzlər açacaq


Narkotik vasitələr ilə əlaqədar fövqəladə vəziyyətlər üzrə Avropa şəbəkəsi (Euro-DEN Plus) Aİ-nin qonşuluğunda yerləşən bir sıra ölkələrdə yeni xəstəxana “gözətçi” mərkəzlər açmağı planlaşdırır. Yeni mərkəzlər Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna daxil olmaqla, Aİ tərəfindən maliyyələşdirilən EU4Monitoring Drugs (EU4MD) layihəsində iştirak edən ölkələrdə yerləşəcək.

Xəstəxanalarda yerləşən təcili yardım şöbələrinə əsasən, hər il Avropada minlərlə insan narkotiklərlə əlaqəli zəhərli və digər zərərli maddələrlə qarşılaşaraq təcili xəstəxanaya yerləşdirilir. Avropa Narkotik və Narkomanlığa Nəzarət Mərkəzi (EMCDDA) tərəfindən dəstəklənən Euro-DEN Plus, narkotiklərin sağlamlığa kəskin zərərləri barədə məlumat toplamaq məqsədilə bütöv Avropada narkotiklərlə əlaqədar fövqəladə vəziyyətləri izləyir.

Euro-DEN Plus şəbəkəsinə artıq 18 Aİ ölkəsində, Norveçdə, Birləşmiş Krallıqda və İsveçrədə yerləşən ümumilikdə 28 növbətçi mərkəz daxildir. Yeni mərkəzlər məlumatlara nəzarət prosesinin coğrafi əhatə dairəsini genişləndirməklə yanaşı, şəbəkəni gücləndirəcək və yeni regionlarda narkotiklərlə əlaqəli sağlamlığa kəskin təhlükələrin izlənilməsini dəstəkləyəcək.

Aİ tərəfindən maliyyələşdirilən üç illik EU4Monitoring Drugs layihəsi 2019-cu ilin yanvar ayında EMCDDA tərəfindən icra olunmağa başlayıb və Aİ-nin qonşuluq ölkələrində milli və regional səviyyədə narkotiklərlə əlaqəli sağlamlığa və təhlükəsizliyə təhdidlərin müəyyənləşdirilməsinə və təcili tədbir görülməsinə hazırlığı dəstəkləyir.

Euro-DEN şəbəkəsinin qonşuluq ölkələrinə genişləndirilməsi qərarı, yanvarın 11-də EU4MD mütəxəssisləri və Qərbi Balkanlardan olan tərəfdaşların iştirakı ilə keçirilən şəbəkənin rəsmi açılış mərasimində müzakirə edilib. 12 ölkədən 25 mütəxəssisin qatıldığı görüşdə gələcək mərkəzlərin nümayəndələri Euro-DEN Plus layihəsi və onun məlumat toplama modeli ilə tanış olublar.

Daha çox oxuyun

Mətbuat üçün açıqlama

EU4Monitoring Drugs layihəsinin internet səhifəsi



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,