Mədəni inkişafın dəstəklənməsi: EU4Culture Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna şəhərləri üçün qrant müsabiqəsi elan edib
May 24, 2021

Mədəni inkişafın dəstəklənməsi: EU4Culture Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna şəhərləri üçün qrant müsabiqəsi elan edib


Yeni icra olunmağa başlayan EU4Culture layihəsi “Avropanın Mədəniyyət Paytaxtları” yanaşmasına uyğun olaraq mədəni inkişaf strategiyalarının hazırlanması və həyata keçirilməsində Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada paytaxt olmayan böyük və kiçik şəhərlərə dəstək məqsədilə qrant layihələrinin qəbuluna başlayıb.

Böyük və kiçik şəhərlər iyun ayının 30-na qədər ərizə ilə müraciət etməlidirlər. Ərizəçilər Höte İnstitutunun Ərizə üzrə platformasından (GAP) qeydiyyatdan keçməyə və layihə təkliflərini təqdim etməyə dəvətlidirlər.

İlkin olaraq beş böyük və kiçik şəhərin seçilməsi və onlara ərizə formasının tam hazırlanması üçün 1000 avro dəyərində qrant təqdim olunması nəzərdə tutulub. Sonra hər bir ölkədən seçilən maksimum üç şəhərə mədəni inkişaf strategiyalarının hazırlanması üçün 30 000 avro dəyərində qrant veriləcək. Son mərhələdə hər bir ölkədən seçilmiş bir böyük və ya kiçik şəhərə hazırladığı strategiyanı həyata keçirmək üçün 300 000 avroya qədər qrant təqdim olunacaq.

Layihə qəbulunun əsas məqsədi iştirakçılıq yanaşması,dövlət və özəl sektor arasında dialoqa əsaslanan mədəni inkişaf strategiyalarının həyata keçirilməsi vasitəsilə sosial-iqtisadi inkişaf proseslərində mədəniyyət və yaradıcılıq sahələrinin rolunu artırmaqdır.

Daha çox oxuyun

Layihə qəbulu haqqında ətraflı məlumat

Ərizəçilər üçün təlimatlar



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,