Gənclərin demokratik proseslərdə iştirakına həsr olunmuş Şərq Tərəfdaşlığı Gənclər Forumu keçiriləcək
Noyabr 22, 2021

Gənclərin demokratik proseslərdə iştirakına həsr olunmuş Şərq Tərəfdaşlığı Gənclər Forumu keçiriləcək


Dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı Sammiti öncəsi noyabrın 23-ü və 24-də 5-ci Şərq Tərəfdaşlığı Gənclər Forumu təşkil olunacaq. Onlayn formatda baş tutacaq forumun əsas mövzusu gənclərin demokratik proseslərdə iştirakıdır.

Sloveniyanın Avropa İttifaqı Şurasına sədrliyi tərəfindən Avropa Komissiyası və Avropa Xarici İşlər Xidməti ilə birgə təşkil edilən forum tədbirin internet səhifəsindən  canlı yayımlanacaq.

Foruma Şərq Tərəfdaşlığı ölkələrindən, Avropa İttifaqından və Aİ-yə üzv ölkələrdən 250-ə yaxın gənclər təşkilatlarının işçisi, fəal və tənqidi baxışa malik gənclər və gənclər siyasəti sahəsində çalışanlar qatılacaq. Onlar Şərq Qonşuluğu regionunda və Avropa İttifaqında gənclər siyasətində əldə olunan nailiyyətlər və mövcud problemləri müzakirə edəcəklər. 

İştirakçılar gənclərin demokratik proseslərdəki iştirakı sahəsində qabaqcıl təcrübələr və təkliflər haqqında fikir mübadiləsi aparacaqlar. Aİ-nin Xarici Fəaliyyətdə Gənclər üzrə yeni Fəaliyyət Planı və 2020-ci ildən sonrakı Şərq Tərəfdaşlığı proqramında adı çəkilən “Gənclər üçün yeni təklif” kimi hazırda icra olunan təşəbbüslərə də toxunulacaq.

Bu il Gənclər Forumunda gənclərin demokratik proseslərdə konstruktiv iştirakı üçün inklüziv mühitin və adekvat şəraitin yaradılması mövzusu diqqət mərkəzində olacaq. Tədbirdən sonra müvafiq maraqlı tərəflər üçün keçiriləcək dörd tematik seminara uyğun olaraq yekun nəticələr və tövsiyələr hazırlanacaq. 

Daha çox öyrən

Tədbirin internet səhifəsi



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,