Gənc Avropa səfirləri təşəbbüsünə qoşulmaq üçün 200-dən artıq gənc seçilib
Dekabr 21, 2021

Gənc Avropa səfirləri təşəbbüsünə qoşulmaq üçün 200-dən artıq gənc seçilib


“EU NEIGHBOURS east” proqramı ŞT ölkələri, Aİ-yə üzv ölkələr və Böyük Britaniyadan olan 646 gənc namizəd arasından seçilmiş 227 yeni Gənc Avropa səfirini salamlayır. Artıq Gənc Avropa səfirləri (YEAs) şəbəkəsində 726 aktiv Gənc Avropa səfiri var. 

Daxil olan müraciətlərin hərtərfli seçim prosedurundan sonra Azərbaycandan 41, Belarusdan 5, Ermənistandan 42, Gürcüstandan 36, Moldovadan 28, Ukraynadan 45 və Aİ/Böyük Britaniyadan 30 yeni Gənc Avropa səfiri seçilib.

Təşəbbüsə yeni qoşulan gənclər hal-hazırda YEAs Akademiyası vasitəsilə qarşıda duran vəzifələrinə hazırlayan təlimlərdə iştirak edirlər. Akademiya çərçivəsində bütün Gənc Avropa səfirləri üçün xüsusi “ŞT Sammiti” keçirilib və burada Şərq Tərəfdaşlığı proqramının və keçən həftə baş tutan sammitin əhəmiyyəti vurğulanıb.

Gənc Avropa səfirləri (YEAs) təşəbbüsü Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Aİ-yə Üzv Ölkələrdən və Böyük Britaniyadan olan gənclər arasında dostluq münasibətləri quran və onları bir-birləri ilə əlaqələndirən qeyri-siyasi, könüllü və dinamik bir kommunikasiya şəbəkəsidir. Şəbəkənin məqsədi, Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı haqqında məlumatlılığı artırmaq, bu əməkdaşlığın gözəçarpan nəticələrini nümayiş etdirmək, müxtəlif mövzularda siyasi dialoqa töhfə vermək, vətəndaş fəallığını artırmaq və daha yaxşı gələcək üçün birlikdə çalışmaqdır.

YEAs təşəbbüsünə qoşulmaq istəyən gənclər üçün ildə bir dəfə ərizə qəbulu keçirilir. Ərizə qəbulu və ərizə forması haqqında daha ətraflı məlumat burada və “EU NEIGHBOURS east” layihəsinin kommunikasiya səhifələrində dərc edilir. 

YEAs təşəbbüsü Avropa İttifaqı tərəfindən 2016-cı ildə təsis edilib və bu günə qədər minlərlə gənci bu şəbəkəyə cəlb etməyi bacarıb.



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,