Gənc Avropa səfirləri Polşada keçirilən Avropa Gənc Liderlər Forumuna qatılıb
Aprel 26, 2022

Gənc Avropa səfirləri Polşada keçirilən Avropa Gənc Liderlər Forumuna qatılıb


50-dən artıq Gənc Avropa səfiri 25-27 aprel tarixlərində Polşanın Katovitse şəhərində Avropa İqtisadi Konqresi çərçivəsində təşkil olunan üçgünlük Avropa Gənc Liderlər Forumunda iştirak edir. Foruma Avropa İttifaqı ölkələrindən və qonşu ölkələrdən 200-ə yaxın gənc lider qatılıb. Tədbirdə Avropada gənclər arasında əməkdaşlığın müxtəlif vacib cəhətlərinə dair panel müzakirələr və tematik sessiyalar keçiriləcək. Ukraynalı gənclərin cari vəziyyəti xüsusilə diqqət mərkəzində olacaq.  

Forumun əsas məqsədi Avropa İttifaqı, Qərbi Balkanlar və Şərq Tərəfdaşlığı ölkələrindən olan təşəbbüskar gənc fəallar üçün təcrübələrini bölüşmək, əlaqələr qurmaq və Avropada gənc liderlər üçün vacib əhəmiyyət kəsb edən məsələləri müzakirə etmək üçün şərait yaratmaqdır. Üç gün davam edəcək foruma Avropanın hər yerindən gənc fəallar, o cümlədən regional universitetlərdən tələbələr və yuxarıda adı çəkilən konqresdə iştirak edən sahibkarlar qatılacaqlar.

Forumun təşkilatçıları bildirir ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü Avropanın qarşısında tamamilə yeni çətin vəzifələr qoyur və onların nəticələrini tam proqnozlaşdıra mümkün deyil. Bu səbəbdən də bütün sessiyaların və ustad dərslərinin məzmunu həmin ölkədəki müharibə və Ukrayna cəmiyyətinə dəstək imkanlarına yönəlib. “Məqsədimiz həm də Ukraynadan gələn böyük gənc liderlər qrupunun Forumda iştirakını təmin etmək və Rusiyadan gələn təhdidlərə qarşı mübarizə aparmaq üçün vətəndaş cəmiyyətini səfərbər etmək barədə birgə müzakirələr aparmaqdır”.

Tədbirin gündəliyinə digər mövzularla yanaşı, Dayanıqlı İnkişaf Məqsədləri üzrə BMT-nin 2030-cü il Gündəliyi və 2019-2027-ci illər üzrə Avropa Gənclər Strategiyası, həmçinin 2021-2027-ci illər üzrə Aİ-nin gənclər sahəsində həyata keçirəcək proqramlarının tematik prioritetləri, o cümlədən inklüzivlik və müxtəliflik, rəqəmsal transformasiya, ətraf mühit və iqlim dəyişikliyinə qarşı mübarizə və demokratik proseslərdə iştirak kimi məsələlər daxildir.

Daha çox öyrən

Avropa Gənc Liderlər Forumu

Tədbirin gündəliyi

Gənc Avropa səfirləri

SALTO Youth



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,