Gənc Avropa səfirləri müharibəni qınayaraq Ukrayna ilə həmrəy olduqlarını ifadə ediblər 
Mart 2, 2022

Gənc Avropa səfirləri müharibəni qınayaraq Ukrayna ilə həmrəy olduqlarını ifadə ediblər 


Avropa İttifaqının Gənc Avropa səfirləri (YEAs) ukraynalı həmkarlarını dəstəkləyən və Rusiyanın təcavüzünü qətiyyətlə pisləyən bəyanatla çıxış ediblər.

Bəyanatda deyilir:

“Biz Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyirik.

Biz Rusiyanın qanunsuz və əsassız təcavüzünü qətiyyətlə pisləyirik.

Biz zorakılığın bütün formalarının dərhal dayandırılmasını, Aİ-yə üzv dövlətlərin qaçqınlara, məcburi köçkünlərə və mülki əhaliyə lazımi dəstəyin göstərilməsinə davam etmələrinin və uzunmüddətli perspektivdə səmərəli sülh quruculuğu prosesinin təmin edilməsinin tərəfdarıyıq.

Biz həmvətənlərimizi Ukrayna xalqı ilə həmrəy olaraq bizə qoşulmağa və onlara hər cür dəstək verməyə dəvət edirik”.

Gənc Avropa səfirləri etiraz etmək, faktiki məlumatları bölüşmək, ehtiyacı olanlara göndərmək üçün resurslar toplamaq və hökumətlərini daha çox iş görməyə çağırmaq niyyətində olduqlarını, o cümlədən Gənc Avropa səfirlərini və digər gəncləri və gənclər şəbəkələrini bəyanatla çıxış etməyə çağırıblar. 

Gənc Avropa səfirləri (YEAs) təşəbbüsü Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Aİ-yə Üzv Ölkələrdən və Böyük Britaniyadan olan gənclər arasında dostluq münasibətləri quran və onları bir-birləri ilə əlaqələndirən qeyri-siyasi, könüllü və dinamik bir kommunikasiya şəbəkəsidir.

Şəbəkənin məqsədi, Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı haqqında məlumatlılığı artırmaq, bu əməkdaşlığın gözəçarpan nəticələrini nümayiş etdirmək, müxtəlif mövzularda siyasi dialoqa töhfə vermək, vətəndaş fəallığını artırmaq və daha yaxşı gələcək üçün birlikdə çalışmaqdır. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,