Europol Oskar adlı ümumavropa əməliyyatına başlayıb
Aprel 15, 2022

Europol Oskar adlı ümumavropa əməliyyatına başlayıb


Europol, Aİ-yə üzv dövlətlər, Eurojust və Frontex ilə birgə “Oskar” adlı əməliyyatını həyata keçirməyə başlayıb. Məqsəd, Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar sanksiyalara məruz qalan fiziki və hüquqi şəxslərə məxsus cinayət yolu ilə əldə olunmuş pul vəsaitləri və ya digər əmlakın tapılmasına yönəlmiş maliyyə araşdırmalarına dəstək verməkdir. Əməliyyat həmçinin Aİ-nin tətbiq etdiyi ticarət və iqtisadi sanksiyalardan yayınma ilə bağlı üzv dövlətlər tərəfindən aparılan cinayət araşdırmalarını dəstəkləmək məqsədi daşıyır. Azı bir il davam edəcək bu əməliyyat bir sıra araşdırmalardan ibarət olacaq. 

Europol beynəlxalq əlaqələri, cinayətkar qrupları və şübhəli şəxsləri, həmçinin cinayət fəaliyyəti ilə bağlı yeni tendensiya və modelləri müəyyən etmək məqsədilə sözügedən əməliyyat çərçivəsində təqdim edilən bütün məlumatları mərkəzləşdirərək təhlil edəcək. fTəşkilat həmçinin müvafiq yerli dövlət orqanlarının araşdırmalarına xüsusi analitik dəstək, əməliyyatların əlaqələndirilməsi, məhkəmə-texniki ekspertizası və maliyyə dəstəyi təmin edəcək. Öz növbəsində, Eurojust hüquqi yardım göstərməklə milli təhqiqat və məhkəmə orqanları arasında əməkdaşlığı gücləndirməyi planlaşdırır. Frontex isə Aİ-nin sərhədlərini keçən və sanksiyalara məruz qalan şəxslərin yoxlanılmasını gücləndirməklə əməliyyatı asanlaşdıracaq. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Europol bütün cəbhəyanı ölkələrə işçi qrupları göndərir



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,