Eurojust: Avropa İttifaqı Şurası müharibə cinayətlərinin sübutlarını saxlamağa imkan verən yeni qaydalar qəbul edir
May 27, 2022

Eurojust: Avropa İttifaqı Şurası müharibə cinayətlərinin sübutlarını saxlamağa imkan verən yeni qaydalar qəbul edir


Mayın 25-də Avropa İttifaqı Şurası Eurojust agentliyinə müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırım daxil olmaqla, əsas beynəlxalq cinayətlərə aid sübutları qorumaq, təhlil etmək və saxlamaq imkanı verən yeni qaydalar qəbul edib. 

Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi nəticəsində Ukrayna tərəfindən təqdim olunan çoxsaylı hesabatlarda Rusiya hərbçilərinin Ukraynada insanlığa qarşı cinayətlər və müharibə cinayətləri törətdiyi və törətməkdə olduğu bildirilir. Eyni zamanda, davam edən hərbi əməliyyatlar maddi sübutların Ukrayna ərazisində təhlükəsiz saxlanmasına imkan vermir. Məhz bu səbəbdən yeni qaydaların tətbiqi qaçılmazdır. 

Yeni qaydalar Eurojust agentliyinə aşağıdakıları həyata keçirməyə imkan verəcək:

  • Peyk şəkilləri, fotoşəkillər, videolar, audio yazılar, DNT profilləri və barmaq izləri daxil olmaqla, müharibə cinayətlərinə aid sübutları saxlamaq və qorumaq.
  • Europol ilə sıx əməkdaşlıq çərçivəsində bu sübutları emal və təhlil etmək, o cümlədən məlumatları Beynəlxalq Cinayət Məhkəməsi, müvafiq milli və beynəlxalq məhkəmə orqanları ilə bölüşmək.

Yeni qaydaların mayın 30-da Avropa Parlamenti və Avropa İttifaqı Şurası tərəfindən imzalanması və dərhal Aİ-nin rəsmi jurnalında dərc edilməsi gözlənilir. Onlar dərc edildiyi gündən qüvvəyə minir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,