EU4Youth: Şərq Tərəfdaşlığı regionunda gənclər arasında məşğulluğun artırılması və sahibkarlığın inkişafı üzrə qrant layihələrinin qəbuluna başlanıb

EU4Youth: Şərq Tərəfdaşlığı regionunda gənclər arasında məşğulluğun artırılması və sahibkarlığın inkişafı üzrə qrant layihələrinin qəbuluna başlanıb

Aprel 29, 2022

Aİ tərəfindən maliyyələşdirilən EU4Youth proqramı gənclərin rəqəmsal bacarıqlarının və yaşıl enerjiyə keçid üzrə bacarıqlarının inkişafına və məhdud imkanlı gəncləri diqqət mərkəzində saxlamaqla gənclərin sahibkarlıq və karyeranın idarə edilməsi üzrə bacarıqlarının təkmilləşdirilməsinə yönəlmiş tədbirlər üzrə qrant müsabiqəsi keçirir.

Qrant almaq üçün ərizələr iki istiqamət üzrə təqdim oluna bilər:

Məhdud imkanlı gənclərin rəqəmsal bacarıqlarının təkmilləşdirilməsi, sahibkarlığın təşviqi və müvafiq şəbəkələrin və tərəfdaşlıqların dəstəklənməsi. Qrantların məbləği 250 000-300 000 avro arasında olmalıdır.

Əsas diqqətin yaşıl və rəqəmsal iqtisadiyyat sahəsinə yönəlməsi daxil olmaqla gənclər arasında sosial sahibkarlıq və karyeranın idarə edilməsi üzrə bacarıqların inkişafı və əlaqəli şəbəkələr və tərəfdaşlıqların dəstəklənməsi. Qrantların məbləği 800 000 ilə 1 milyon avro arasında olmalıdır. 

Layihələr minimum üç və maksimum altı təşkilatdan ibarət qrup tərəfindən təqdim edilməlidir: bir aparıcı ərizəçi + minimum iki Şərq Tərəfdaşlığı ölkəsindən minimum iki həmərizəçi (məs, Gürcüstandan olan aparıcı ərizəçi + Ermənistandan olan həmərizəçi + Aİ-dən olan həmərizəçi və ya Ukraynadan aparıcı ərizəçi + Azərbaycandan həmərizəçi + Ukraynadan həmərizəçi).

Layihə təkliflərində göstərilən fəaliyyətlər azı iki Şərq Tərəfdaşlığı ölkəsində həyata keçirilməlidir. 

Ərizələrin son qəbulu tarixi 14 iyundur.

Daha çox öyrən

Mətbuat üçün açıqlama və ərizəçilər üçün təlimatlar




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,