EU4Culture mədəniyyət və yaradıcılıq sahəsində əməkdaşlığın qurulması məqsədilə şəhərlər şəbəkəsi yaradıb

EU4Culture mədəniyyət və yaradıcılıq sahəsində əməkdaşlığın qurulması məqsədilə şəhərlər şəbəkəsi yaradıb

May 20, 2022

EU4Culture layihəsi özünün Şəhərlər şəbəkəsini istifadəyə verib. Şəbəkədə Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan seçilmiş 14 şəhər toplanıb. Bu şəhərlər Mədəni İnkişaf Strategiyalarını hazırlamaq üçün Aİ-dən maliyyə dəstəyi alıblar.  

Mayın 19-u və 20-də Tbilisidə keçirilən EU4Culture Regional Şəbəkə Konfransında təqdim edilən şəbəkə 14 şəhər arasında bilik mübadiləsi və əməkdaşlıq üçün platforma rolunu oynayacaq.

Seçilmiş şəhərlər bunlardır:

Azərbaycan: Xırdalan, Lənkəran, Şəki

Ermənistan: Çarentsavan, İcevan, Sevan

Gürcüstan: Kutaisi, Poti, Zuqdidi

Moldova: Cahul, Orhei

Ukrayna: Poltava, Rivne, Vinnitsa

Konfransda seçilmiş şəhərlərin rəhbərləri və digər nümayəndələri, Aİ-nin Gürcüstandakı Nümayəndəliyinin və Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin nümayəndələri, ekspertlər və digər maraqlı şəxslər iştirak ediblər.

“EU4Culture Şəhərlər Şəbəkəsi Şərq Tərəfdaşlığı ölkələrinin şəhərlərinə mədəniyyət və yaradıcılıq sektorunda qabaqcıl təcrübələrin açıq şəkildə paylaşılmasını təmin edəcək etibarlı və uzunmüddətli əməkdaşlıq platforması yaratmaq üçün unikal füsrətdir”, – deyə EU4Culture layihəsinin komanda rəhbəri Dok. Anatoli Beyfert bildirib.

İki gün davam edəcək konfransın əsas məqsədləri bunlardır:

  • EU4Culture Şəhərlər Şəbəkəsinin yaradılması və onun fəaliyyətinin rəsmiləşdirilməsi. 
  • Birgə mədəni tədbirlər və tərəfdaşlığın inkişafı üzrə qabaqcıl təcrübələrin təqdim edilməsi.
  • EU4Culture layihəsindən və digər donor təşkilatlarından maliyyə yardımı almaq imkanlarının təqdim edilməsi.

Seçilmiş 14 şəhər öz Mədəni İnkişaf Strategiyalarını hazırlamaq üçün hər biri Aİ-dən 30 min avroya qədər qrant alacaq. Bundan sonra hər ölkədən bir şəhər öz strategiyasını həyata keçirmək üçün 300 min avroya qədər əlavə qrant alacaq.

EU4Culture Şərq Tərəfdaşlığı ölkələrində paytaxt olmayan şəhər və qəsəbələrə xüsusi diqqət yetirməklə mədəniyyət və yaradıcılıq sahələrinə dəstək olmaq üçün Avropa İttifaqı tərəfindən maliyyələşdirilən dördillik layihədir.

Daha çox öyrən

EU4Culture




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,