EU4Culture layihəsi çərçivəsində mədəni inkişafı təşviq etmək məqsədilə Azərbaycanın üç şəhərinə qrantlar ayrılıb

EU4Culture layihəsi çərçivəsində mədəni inkişafı təşviq etmək məqsədilə Azərbaycanın üç şəhərinə qrantlar ayrılıb

Noyabr 12, 2021

Mədəni inkişaf strategiyalarını hazırlamaq üçün “EU4Culture” layihəsi çərçivəsində Azərbaycanın Şəki, Xırdalan və Lənkəran şəhərlərinə 30 000 avro dəyərində qrantlar verilib. Noyabrın 12-də Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə Bakıda təşkil olunan tədbirdə həmin qrantlar rəsmi olaraq sözügedən şəhərlərə təqdim olunub.

Qrant müraciətləri üzrə müsabiqə 2021-ci ilin may ayında başlayıb. Müsabiqənin məqsədi Avropa mədəniyyət paytaxtlarının yanaşmasına uyğun olaraq Mədəni inkişaf strategiyalarının hazırlanması və həyata keçirilməsində paytaxt olmayan şəhər və qəsəbələri dəstəkləməkdir. Bu ilki müsabiqədə ümumilikdə 5 Şərq Tərəfdaşlığı ölkəsindən 70 şəhər iştirak edib.

Müsabiqənin son mərhələsində qalib olan üç şəhərdən birinə strategiyasını həyata keçirmək üçün 300 000 avroya qədər qrant veriləcək.

EU4Culture Şərq Tərəfdaşlığı ölkələrinin paytaxt olmayan şəhər və qəsəbələrinə xüsusi diqqət yetirməklə mədəniyyət və yaradıcı sektoru dəstəkləmək üçün Avropa İttifaqı tərəfindən maliyyələşdirilən dördillik layihədir. Layihənin məqsədi mədəniyyəti bütün regionda böyümə və sosial inkişafın mühərrikinə çevirməkdir.




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,