CulturEU: yeni bələdçi Aİ-nin mədəniyyət və yaradıcılıq sektorları üzrə maliyyə dəstəyini daha əlçatan edir

CulturEU: yeni bələdçi Aİ-nin mədəniyyət və yaradıcılıq sektorları üzrə maliyyə dəstəyini daha əlçatan edir

Dekabr 2, 2021

Avropa Komissiyası 2021-2027-ci illərdə mədəniyyət və yaradıcılıq sektorları üçün Aİ səviyyəsində mövcud olan bütün maliyyələşdirmənin xəritəsini əks etdirən yeni interaktiv bələdçi dərc edib.

“CulturEU” maliyyələşdirmə bələdçisi Avropa Komissiyasının “Creative Europe”, “Horizon Europe”, “Erasmus+”, “Avropa Həmrəylik Korpusu”, “Qlobal Avropa – Qonşuluq, İnkişaf və Beynəlxalq Əməkdaşlıq Aləti (NDICI)” və digər qabaqcıl proqramları ilə əlaqəli imkanları əhatə edir.

Çalışdığınız sektora, təşkilatın növünə və axtardığınız dəstəyə əsasən düzgün maliyyə dəstəyini tapa bilərsiniz. 

“CulturEU” maliyyələşdirmə bələdçisinə həmçinin 2014-2020-ci illər arasında Aİ-nin maliyyə dəstəyindən faydalanmış layihələrdən ilhamverici nümunələr daxildir. Buraya Ukraynanın iştirakı ilə Tarixi Şəhər Ərazilərinin Transformasiyası üçün İnnovasiya və Sahibkarlıq Mərkəzləri layihəsi də daxildir.

Sözügedən bələdçini bröşür formatında da endirmək olar.

Daha çox öyrən

Mətbuat üçün açıqlama




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,