Cənub Qaz Dəhlizi: Məşvərət Şurasının iclasında Aİ və Azərbaycan arasındakı strateji enerji tərəfdaşlığı diqqət mərkəzində olub 

Cənub Qaz Dəhlizi: Məşvərət Şurasının iclasında Aİ və Azərbaycan arasındakı strateji enerji tərəfdaşlığı diqqət mərkəzində olub 

Fevral 8, 2022

Fevralın 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 8-ci iclası keçirilib. Tədbirdə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji tərəfdaşlığının mövcudluğu bir daha  vurğulanıb.  

İclasın həmsədrləri olan Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və Enerji üzrə Komissar Kadri Simsonun mətbuat üçün açıqlanan birgə bəyanatında deyilir ki, tərəflər arasındakı strateji tərəfdaşlıq üzunmüddətli enerji təhlükəsizliyi, təchizat təhlükəsizliyi və yaşıl enerjiyə keçid kimi ümumi məqsədlərə əsaslanır. 

Biz Cənub Qaz Dəhlizinin tammiqyaslı istismarının birinci ilinin uğurla başa çatmasını və onun Azərbaycan Respublikasından Gürcüstan, Türkiyə və Avropa bazarlarına etibarlı, rəqabət qabiliyyətli və sərfəli enerji təchizatının təmin edilməsinə verdiyi töhfəni alqışlayırıq… Altı ölkəni əhatə edən bu qaz nəqli sistemi, əvvəllər təbii qaza çıxışı olmayan bölgələr də daxil olmaqla, enerji təchizatı və mənbələrinin şaxələndirilməsini asanlaşdırır və kömürdən istifadənin sürətlə dayandırılmasını asanlaşdırır”. Bəyanatda belə deyilir.

Cənab Şahbazov və xanım Simson bildiriblər ki, Azərbaycan hökuməti “Cənub Qaz Dəhlizində əsas amil kimi strateji rol oynamağa davam edir və Avropaya təhlükəsiz, sabit və sərfəli enerji təchizatını təmin etmək üçün səylərini davam etdirir”.

Bəyanatda həmçinin Qərbi Balkanlar da daxil olmaqla, Cənub Qaz Dəhlizinin yeni enerji bazarlarına doğru mümkün genişlənməsinin tədqiqi səyləri vurğulanır və bu halda yarana biləcək bütün kommersiya, ətraf mühit, texniki, tənzimləmə və iqlimlə bağlı məsələlərin qiymətləndirilməsi təklif edilir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Aİ Komissarları Kadri Simson və Oliver Varhelyi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 8-ci iclasında iştirak etmək üçün Bakıya səfər ediblər




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,