Azərbaycanda yeni aqrar məsləhət platformaları yaradılır
Oktyabr 12, 2021

Azərbaycanda yeni aqrar məsləhət platformaları yaradılır


Azərbaycanın 2 bölgəsində kiçik və orta ölçülü təsərrüfatlara sahib fermerlərin aqrar məsləhət xidmətindən daha yaxşı yararlanması üçün xüsusi platformalar sınaqdan keçirilir. Platformalar Avropa İttifaqının dəstəyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən həyata keçirilən layihə çərçivəsində yaradılıb. 

Altı məhsul əsaslı məsləhət platformaları Gəncə-Qazax və Quba-Xaçmaz bölgələrində yaradılıb və pomidor, günəbaxan, sorqo, alma və gilas istehsalını əhatə edir.

Xüsusi təlim keçmiş fasilitatorların köməyilə bu platformalar fermerlərə becərdikləri məhsulla bağlı problemləri müəyyən etməyə, qrup daxilində müzakirələr aparmağa və həll yolları tapmaq üçün özəl və dövlət sektoru məsləhətçiləri və tədqiqatçıları ilə əlaqə qurmağa kömək edir. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,