Azərbaycan: layihə təkliflərinin yazılması üzrə vətəndaş cəmiyyəti təşkilatlarının bacarıqları artırılır
Dekabr 8, 2021

Azərbaycan: layihə təkliflərinin yazılması üzrə vətəndaş cəmiyyəti təşkilatlarının bacarıqları artırılır


Aİ tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən həyata keçirilən “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində qrant təkliflərinin yazılması və müvafiq monitorinq çərçivələrinin tərtibatı üzrə iki aylıq təlim proqramı təşkil olunub. Layihənin məqsədi vətəndaş cəmiyyəti təşkilatlarının yerli inkişafda fəal iştirak etməsi, eləcə də həyat şəraitinin yaxşılaşdırılması məqsədilə icma əsaslı həllər yaratması üçün bacarıqların artırılmasıdır.

Proqram Bakı, Neftçala, Biləsuvar, İmişli, Qusar və digər rayonlardan 55 vətəndaş cəmiyyəti təşkilatını və fəal qrupları bir araya gətirib. Sessiyalar onlayn və əyani formatda təşkil olunub.

Proqram müddətində iştirakçılar məlumatların toplanılması, verilən sahə üzrə əlaqədar tərəflərin müəyyənləşdirilməsi, eləcə də uğurlu layihə strategiyaları hazırlamaq yolları barədə ətraflı öyrəniblər. Sessiyalar zamanı iştirakçılar verilənlər bazası ilə çalışıb, məlumatların etibarlılığı ilə bağlı məsələləri müzakirə edib və real nümunələri təhlil ediblər. Təlim proqramının tərkib hissəsi olaraq, iştirakçılar öz layihə ideyaları üçün fərdi mentorluq dəstəyi də əldə ediblər.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,