Azərbaycanlı bal istehsalçısı EU4Business təşəbbüsünün dəstəyilə bal satışını 230% artıra bilib

Azərbaycanlı bal istehsalçısı EU4Business təşəbbüsünün dəstəyilə bal satışını 230% artıra bilib

Yanvar 28, 2021

“Şərq Tərəfdaşlığı: EU4Business təşəbbüsü çərçivəsində icra olunan “Ticarətə hazıram” layihəsi, Azərbaycanlı bal istehsalçısı Cavid Kərimova “Mr. Bee” adlı şirkəti üçün müasir internet səhifəsi yaratmağa kömək edib.

Cavid Kərimovun ilkin strategiyası kiçik yerli istehsalçılar tərəfindən istehsal olunan balı şirkətin ticarət markası altında daha böyük bazarlarda satmaq idi. Ancaq təcrübənin olmaması səbəbindən adı çəkilən sahibkar şirkətinin potensialını düzgün hesablaya bilməmişdi. Lazımi satış kanallarını yaratmaq üçün “Mr. Bee” şirkətinin fiziki satışdan onlayn satışa keçməsi lazım idi. EU4Business təşəbbüsünün və Beynəlxalq Ticarət Mərkəzinin (ITC) dəstəyi ilə bu şirkətin yeni internet səhifəsi yaradılıb və şirkətin nümayəndələri bizneslə onlayn şəkildə məşğul olmaq və lazımi praktiki bacarıqları əldə etmək üçün ixtisaslaşmış seminarlarda iştirak ediblər.

“İnternet səhifəmiz yüksək səviyyəlidir: ödəniş kartları ilə onlayn alış-veriş etmək mümkündür və kuryerlərimizdə həmişə POS-terminallar olur”,  – deyə Cavid Kərimov bildirib. “Nəticələr əla oldu. Bu internet səhifısi vasitəsilə satışları 230% artırmağı bacardıq! Hətta internet səhifəmiz vasitəsilə üçüncü tərəf istehsalçıların satışına imkan yaratmaq üçün daha da irəli gedə bildik. Bu, onu bir növ onlayn bazara çevirdi”.

EU4Business təşəbbüsü çərçivəsində xarici sərgilərdə və seminarlarda iştirak edən Cavid Kərimov və onun komandası satışların təşkili və potensial müştərilər və bazarların tapılmasında təcrübə qazanıb. Nəticədə şirkətin müştəri bazası iki dəfə artıb və idarəetmə prosesi daha asan və səmərəli olub.

İndi şirkət məhsullarını xaricə ixrac etməyi planlaşdırır. Buna nail olmaq üçün “Mr. Bee” şirkəti EU4Business və ITC-nin dəstəyi ilə ISO sertifikatı almaq üzərində işə başlayıb. Pandemiya bu prosesi ləngidir, lakin şirkət bu işi mümkün qədər tez etməyə ümid edir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,