Azərbaycanda peşə təhsili sahəsində gələcək menecerlərin hazırlığı üzrə təlim proqramına başlanılıb

Azərbaycanda peşə təhsili sahəsində gələcək menecerlərin hazırlığı üzrə təlim proqramına başlanılıb

Mart 12, 2021

Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi peşə təhsili sahəsində gələcək menecerlərin hazırlığı üzrə yeni təlim proqramına başlayır.

“Peşə təhsilində liderlik və idarəetmə” proqramı 2021-ci ilin martından iyun ayına qədər davam edəcək.

Layihənin əsas məqsədi Azərbaycandakı peşə təhsili müəssisələrini müasirləşdirməyə və əmək bazarının mövcud ehtiyaclarına uyğun tədrisin təşkilinə dəstək olmaqdır.

Proqramı uğurla başa vuran iştirakçılar peşə təhsili müəssisələrində direktor və direktor müavini kimi yüksək rəhbər vəzifələrə müraciət etmək imkanı qazanacaqlar.

Təlim proqramı liderlik, strateji planlaşdırma və idarəetmə, monitorinq və qiymətləndirmə prosesləri, maliyyə və inzibati idarəetmə, peşə təhsili sahəsində mövcud qanunvericilik və strateji sənədlərlə iş daxil olmaqla bir sıra mövzuları əhatə edəcək.

Müraciət etmək istəyən namizədlərin pedaqogika, yaxud idarəetmə sahələrində ali təhsil dərəcəsi, peşə təhsili sahəsində beş il iş təcrübəsi, eləcə də Azərbaycan dili və orta səviyyədə ingilis dili biliklərinin olması vacibdir.

Namizədlər 26 mart 2021-ci il tarixinə qədər bu formanı tamamlayıb təqdim etməlidirlər.

Təlim proqramı 2 ay ərzində əyani və distant formada sessiyalarla davam edəcək.

Proqramın sonunda sessiyaları uğurla başa vuran namizədlər sertifikat alacaqlar.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Müraciət forması

 



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,