Azərbaycanda keçirilən əl gigiyenası müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycanda keçirilən əl gigiyenası müsabiqəsinin qalibləri mükafatlandırılıb

Sentyabr 24, 2021

Sentyabrın 20-də Avropa İttifaqı və ÜST-nin “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində keçirilən əl gigiyenası müsabiqəsinin qalibləri mükafatlandırılıb.

ÜST ekspertlərindən ibarət münsiflər heyəti Bakı və ölkənin digər rayonlarında yerləşən 18 tibb fakültəsi və tibb bacısı məktəblərində təhsil alan 1418 tələbə arasından 21 qalib seçib. Onlara sertifikatlar, noutbuklar, planşetler və müxtəlif tibbi cihazlardan ibarət hədiyyələr verilib. Müsabiqənin nəticələri həmçinin 2021-ci ilin sentyabrında İsveçrənin Cenevrə şəhərində keçirilən İnfeksiyaların profilaktikası və nəzarət üzrə konfransda təqdim edilib. 

Bir müddət əvvəl Aİ və ÜST-nin birgə layihəsi çərçivəsində səhiyyə işçiləri üçün əl gigiyenası mövzusunda bir sıra vebinarlar təşkil olunmuş, münaqişənin təsirinə məruz qalmış regionlarda əl gigiyenası ilə bağlı posterlər paylanmış və xəstəxanalarda infeksiyanın qarşısının alınması və nəzarət mövzusunda qiymətləndirmələr aparılmışdır.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,