Azərbaycanda Avropa Yerdəyişmə Həftəsi keçirilir

Azərbaycanda Avropa Yerdəyişmə Həftəsi keçirilir

Sentyabr 24, 2021

Azərbaycanda “Avropa Yerdəyişmə Həftəsi” kampaniyası start götürür. Sentyabrın 16-dan 22-nə qədər davam edəcək kampaniyanın bu ilki devizi “Təhlükəsiz, sağlam və dayanıqlı yerdəyişmədir”. 

Kampaniya zamanı Avropanın dayanıqlı şəhər yerdəyişməsi strategiyasının aparıcı maarifləndirmə kampaniyası çərçivəsində fəal yerdəyişmə, ictimai nəqliyyat və digər təmiz, ağıllı nəqliyyat vasitələrindən istifadə etmək və pandemiya ilə bağlı qaydalara riayət etmək geniş auditoriyaya təşviq olunur.

İlk dəfə olaraq Bakını bu kampaniyada Bakı Nəqliyyat Agentliyi təmsil edir. Bu agentlik bir həftə ərzində “Nəqliyyat Könüllülərinin” iştirakı ilə paytaxtımızda bir sıra maarifləndirmə tədbirləri həyata keçirəcək.

Kampaniyadan əvvəl könüllülərə ictimai nəqliyyata yönəlmiş şəhərsalmanın əhəmiyyəti, piyadaların hərəkəti, velosiped sürmə və ətraf mühitə uyğun nəqliyyat vasitələrinin təşviqi haqqında məlumat verilib.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,