Azərbaycan-Ermənistan münasibətləri: liderlər arasında virtual görüş keçirilib 

Azərbaycan-Ermənistan münasibətləri: liderlər arasında virtual görüş keçirilib 

Fevral 8, 2022

Fevralın 4-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib.

Şarl Mişel və Emmanuel Makron regionda gərginliyin azaldılması və etimadın yaradılmasına yönəlmiş səylərin dəstəklənməsinə tam sadiq olduqlarını bir daha təsdiqləyiblər. 

Onlar keçən ilin dekabrında keçirilən Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində baş tutan görüşlərdən sonra əldə olunan irəliləyişləri, xüsusən də bu yaxınlarda əsirlərin azad edilməsi, itkin düşən şəxslərin tapılması istiqamətində atılan birgə səyləri və gələcəkdə dəmiryolu xəttlərinin bərpası məsələlərini xüsusi vurğulayıblar. 

Liderlər bir sıra vacib məsələlərin müzakirə olunmasında görüşün əhəmiyyətinə diqqət çəkiblər.

 “Aİ və Fransa, Cənubi Qafqaz regionunun firavan, təhlükəsiz və sabit olması məqsədilə ATƏT daxil olmaqla digər tərəfdaşlarla işləməyə sadiq olaraq qalır”- deyə Avropa İttifaqı Şurasının mətbuat üçün açıqlamasında deyilir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,