Azərbaycan: EFSE Azərbaycanda aqrobiznes sahəsini dəstəkləmək məqsədilə 15 milyon ABŞ dolları məbləğində kredit ayırır

Azərbaycan: EFSE Azərbaycanda aqrobiznes sahəsini dəstəkləmək məqsədilə 15 milyon ABŞ dolları məbləğində kredit ayırır

Fevral 1, 2022

Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) və Azərbaycanda fəaliyyət göstərən “Bank Respublika” arasında kredit sazişi imzalanıb. Sazişə əsasən, Banka 15 milyon ABŞ dolları məbləğində kredit ayrılacaq və vəsaitlər milli valyutada təqdim ediləcək.

Cəlb edilən vəsait mikro və kiçik biznesin maliyyələşdirilməsinə, xüsusən də regionlardakı sahibkarların dəstəklənməsinə yönəldiləcək. 

“Yeni kredit xətti fondun əsas müştəri qrupları üçün uzunmüddətli maliyyələşməni təmin etməklə yanaşı, həm də onun yerli valyutada verilməsi sahibkarların valyuta dəyişkənliyindən qorunmasını təmin edəcək ki, bu da dayanıqlı iqtisadi artım üçün vacibdir” – deyə EFSE-nin İdarə Heyətinin sədri Klaus Müller bildirib.

Daha çox öyrən

Mətbuat üçün açıqlama




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,