Azərbaycan: AYİB Bank Respublika vasitəsilə Azərbaycandakı kiçik sahibkarlıq müəssisələrinə dəstək verəcək

Azərbaycan: AYİB Bank Respublika vasitəsilə Azərbaycandakı kiçik sahibkarlıq müəssisələrinə dəstək verəcək

Dekabr 16, 2021

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda əsas yerli kreditor olan Bank Respublika-ya 13,5 milyon ABŞ dolları məbləğində maliyyə vəsaiti ayıraraq bu ölkədəki mikro, kiçik və orta sahibkarlıq müəssisələrinin maliyyə mənbələrinə daha yaxşı çıxış əldə etmələrinə kömək edəcək.

İlk olaraq sözügedən bank tərəfindən yerli valyutada 9,5 milyon ABŞ dollarına bərabər kredit xətti Aİ tərəfindən dəstəklənən Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti Layihəsi (AZAFF) çərçivəsində kənd təsərrüfatı sahəsində çalışan müəssisələr üçün ayrılacaq. AZAFF layihəsi ölkənin aqrar sektorunun inkişafına töhfə verməklə, ona ayrılan maliyyə vəsaitlərinin həcmini artırmağa çalışır.

4 milyon ABŞ dolları məbləğində digər kredit xətti isə ölkə daxilində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq müəssisələrinə tədqim olunacaq. 

Bank Respublika AYİB-in ayırdığı maliyyə vəsaitinin çox hissəsini böyük şəhərlərdən kənarda fəaliyyət göstərən şirkətlərə və yeni müştərilərə, xüsusən də COVID-19 pandemiyasından zərər çəkənlərə yönəltməyi planlaşdırır.

“Məqsədimiz bankları kredit verməyə həvəsləndirmək və şirkətlərin böyüməsinə, məhsuldarlığa və məşğulluğun artmasına müsbət təsir göstərməkdir”. Bunu AYİB-in Qafqaz üzrə Regional direktoru Katarina Bjorlin deyib.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,