Azərbaycan: Aİ və BMTİP Lənkəran iqtisadi rayonunda meyvə və tərəvəz istehsalçılarına dəstək verəcək

Azərbaycan: Aİ və BMTİP Lənkəran iqtisadi rayonunda meyvə və tərəvəz istehsalçılarına dəstək verəcək

Dekabr 3, 2021

Noyabrın 30-da Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi müasir və rəqabətə davamlı meyvə və tərəvəz sektorunun inkişafı məqsədilə 5 milyon avro dəyərində yeni layihənin icrasına başlayıb. Sözügedən layihə “Avropa İttifaqı Lənkəran üçün” proqramı çərçivəsində reallaşdırılır.

Aİ tərəfindən maliyyələşdirilən “Lənkəran iqtisadi rayonunda meyvə-tərəvəz sektorunda rəqabət qabiliyyətinin, əməkdaşlığın və müasirləşmənin təşviqi” adlı bu dördillik layihə, BMTİP tərəfindən AR Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həyata keçiriləcək.

“Lənkəran yüksək qiymətli bağçılıq məhsullarının istehsalı sahəsində danılmaz potensiala malikdir. Avropa İttifaqının bu proqramı regionun meyvə-tərəvəz sektorunda rəqabət qabiliyyətinin və nəticədə, yaranan əlavə dəyərin dayanıqlı şəkildə artırılmasına diqqət yetirəcək və bu minvalla, bir çox fermer və istehsalçıya fayda gətirməyə davam edəcək”. Bunu Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Petr Mixalko bildirib. 

Layihədən azı 3 000 nəfərin faydalanacağı gözlənilir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,