AYİB Ukraynadakı müharibənin iqtisadi durğunluğa səbəb olacağını proqnozlaşdırır

AYİB Ukraynadakı müharibənin iqtisadi durğunluğa səbəb olacağını proqnozlaşdırır

Aprel 1, 2022

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) son araşdırmasına əsasən, Ukraynadakı müharibə münaqişə zonasından kənarda yerləşən ölkələrin iqtisadiyyatına güclü təsir göstərəcək. Müharibə başlayandan etibarən AYİB fəaliyyət göstərdiyi regionlar üzrə iqtisadi artımda 2,5% azalma olacağını proqnozlaşdırıb. 

Müharibədən sonra baş verənləri “azı 1970-ci illərin əvvəllərindən bəri ən böyük tədarük böhranı” kimi xarakterizə edən bank, ərzaq, neft, qaz və metal kimi məhsulların qiymətlərinin artmasının iqtisadiyyatlara, xüsusən də aşağı gəlirli ölkələrin iqtisadiyyatına ciddi təsir edəcəyini proqnozlaşdırır. AYİB qeyd edir ki, buğda, qarğıdalı, gübrə, titan və nikel də daxil olmaqla, əmtəələrin əsas hissəsi Rusiya və Ukraynanın payına düşür. 

Hazırda bu sahədə qeyri-müəyyənlik olsa da, bir çox iqtisadiyyatların ağır zərbə alacağı və bəzilərinin digərlərindən daha təsirlənəcəyi açıq aydın müşahidə olunur. Məsələn, AYİB Ukraynanın ÜDM-nin bu il 3,5% artmaq əvəzinə, 20% azalacağını proqnozlaşdırır. Rusiyanın ÜDM-i isə 3% artmaq əvəzinə, 10% azalacaq.

AYİB həmçinin Qafqaz və Mərkəzi Asiyanın pul vahidlərinə də təzyiqlərin olacağını proqnozlaşdırır, çünki bazarlar geosiyasi riskləri həddən artıq qiymətləndirir və Ermənistan və Gürcüstan da daxil olmaqla, bir çox ölkələrdə turizmə zərbə vura bilər.

Hesabatda həmçinin İkinci Dünya Müharibəsindən sonra Avropada məcburi köçkün probleminin nəticələrinə nəzər salınıb. AYİB-in fikrincə, Ukraynadan olan ixtisaslı işçilər uzunmüddətli perspektivdə bəzi ölkələrin, xüsusən də əhalisi qocalmış ölkələrin iqtisadiyyatına təkan verə bilər. Qısamüddətli perspektivdə isə iqtisadiyyatlar mənzil, səhiyyə və təhsil təminatını genişləndirdikcə maliyyə və inzibati təzyiqlərlə üzləşəcəklər.

AYİB-in proqnozları göstərir ki, bir neçə ay ərzində Ukraynada atəşkəs əldə olunacaq və qısa müddət sonra Ukraynanın kütləvi şəkildə yenidən qurulmasına başlanılacaq. 2023-cü ilin sonuna qədər Ukraynanın ÜDM-i müharibədən əvvəlki səviyyəyə qayıdacaq, lakin hələ də aşağı olaraq qalacaq. 

Rusiyaya qarşı sanksiyaların yaxın gələcəkdə də davam edəcəyi, Rusiya iqtisadiyyatında 2023-cü ildə (2022-ci ildə ÜDM-in kəskin azalmasından sonra) durğunluq olacağı, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyanın bir sıra qonşu ölkələri üçün mənfi nəticələrə səbəb olacağı gözlənilir.

Belə qeyri-müəyyənlik fonunda adı çəkilən bank gələcək hadisələri nəzərə alaraq yaxın bir-iki ay ərzində əlavə hesabatlar hazırlamaq niyyətindədir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

AYİB Moskva və Minskdə ofislərini bağlayır

AYİB Ukraynadakı müharibə ilə bağlı 2 milyard avro dəyərində dayanıqlıq paketi ayırıb




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,