Avropa Yenidənqurma və İnkişaf Bankı “Yaşıl şəhərlər” proqramının büdcəsini ikiqat artırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı “Yaşıl şəhərlər” proqramının büdcəsini ikiqat artırıb

Noyabr 12, 2021

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) şəhərlərin dayanıqlı inkişafına yönəlmiş qabaqcıl “Yaşıl şəhərlər” proqramının büdcəsini (hazırda 1,9 milyard avroya bərabərdir) ikiqat artırıb. Növbəti iki il ərzində proqrama qoşulan şəhərlərdə infrastrukturun yaxşılaşdırılması üçün əlavə olaraq 2 milyard avro ayrılacaq.

Ümumilikdə Yaşıl İqlim Fondundan (GCF) 87 milyon avro və Təmiz Texnologiyalar Fondundan (CTF) 17,8 milyon dollar daxil olmaqla, AYİB-in “Yaşıl şəhərlər” proqramını dəstəkləmək üçün 5 milyard avrodan artıq maliyyə vəsaitinin ayrılması nəzərdə tutulub.

Müvəffəqiyyətlə həyata keçirilən proqrama artıq Ermənistandan iki, Azərbaycandan bir, Gürcüstandan iki, Belarusdan iki, Moldovadan iki və Ukraynadan yeddi şəhər olmaqla ümumilikdə 52 şəhər qoşulub.

Proqrama qoşulan şəhərlər yerli mühitlərini yaxşılaşdırmaq üçün yeni layihələr icra etməyə başlayır. Sonra isə həmin şəhərlərin rəhbərliyi ekoloji problemlərinin həlli məqsədilə uyğun əlavə ekoloji sərmayələrin və siyasət tədbirlərinin işlənib hazırlanması üçün Yaşıl Şəhər Fəaliyyət Planı (GCAP) üzərində AYİB ilə birgə işləyirlər.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Ukrayna: Xarkov AYİB-in “Yaşıl şəhərlər” proqramına qoşulub




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,