Avropa İttifaqı yüksək ixtisaslı miqrantların qəbuluna dair qaydalarını sadələşdirilib

Avropa İttifaqı yüksək ixtisaslı miqrantların qəbuluna dair qaydalarını sadələşdirilib

Sentyabr 17, 2021

Avropa Parlamenti Aİ-yə üzv ölkələrdən olmayan yüksək ixtisaslı şəxslərin Aİ-yə üzv ölkələrdə məşğulluğunu asanlaşdırmaq və əsas sektorlarda işçi çatışmazlığını azaltmaq üçün yeni qaydalar qəbul edib.

2009-cu ilin sonundan etibarən qüvvədə olan Aİ-nin Mavi kart üzrə Direktivi, ittifaqa üzv dövlətlərdə yüksək ixtisaslı işlərlə təmin olunmaq istəyən üçüncü ölkələrin vətəndaşlarının (və onların ailə üzvlərinin) giriş və yaşayış şərtlərini müəyyən edir. 

AZ: Yeni qaydaların qüvvəyə minməsi üçün Avropa İttifaqı Şurası tərəfindən təsdiqlənməlidir. İttifaqa üzv dövlətlər milli qanunvericiliklərini sözügedən direktivə uyğunlaşdırmaq üçün iki illik müddətə sahib olacaqlar.

Yenidən işlənmiş qaydalara əsasən, iş axtaranların ən azı altı ay müddətinə əmək müqaviləsi və ya icbari iş təklifi, habelə yüksək ixtisas və ya peşə bacarıqlarına malik olduqlarını təsdiq edən sənəd təqdim etmələri tələb olunacaq. Hal-hazırda 12 aylıq əmək müqaviləsi və ya təklif tələb olunur. 

Məcburi köçkünlər kimi beynəlxalq müdafiədən faydalananlar sığınacaq və ya başqa müdafiə statusu aldıqları ölkədən başqa üzv ölkələrdə Aİ-nin Mavi kartı üçün müraciət edə biləcəklər.

Aİ-nin Mavi kartına sahib olan şəxslər ilk dəfə Mavi kartı aldıqları ölkədə 12 aylıq müddətdən sonra başqa bir üzv dövlətə köçə biləcəklər. Onlar həmçinin sürətləndirilmiş prosedurlar və onları müşayiət edən ailə üzvləri üçün əmək bazarına çıxış üzrə qaydalar sayəsində ailələri ilə daha tez qovuşa biləcəklər.

Eurostat-ın məlumatına əsasən əvvəllər proqram tələb olunan sayda işçilər cəlb edə bilmirdi. 2019-cu ildə Aİ-də cəmi 36 806 nəfərə mavi kart verilib. Onların əksəriyyəti Almaniya tərəfindən verilmişdir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,