Avropa İttifaqı və BMTİP peşə təhsil müəssisələrinin Azərbaycan Beynəlxalq İnşaat sərgisində iştirakını dəstəkləyib

Avropa İttifaqı və BMTİP peşə təhsil müəssisələrinin Azərbaycan Beynəlxalq İnşaat sərgisində iştirakını dəstəkləyib

Oktyabr 26, 2021

20-22 oktyabr tarixlərində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi Bakı Ekspo Mərkəzində keçirilən 26-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisində iştirak edib. Sərgidə 11 ölkədən memarlıq və dizayn, inşaat avadanlıqları və texnologiyaları kimi müxtəlif sahələrdə 150-ə yaxın yerli və beynəlxalq şirkət iştirak edib. 

Bu təşəbbüs Avropa İttifaqının maliyyələşdirdiyi və BMTİP-nin Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə ortaq şəkildə həyata keçirdiyi “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil edilib. Layihə Azərbaycanda peşə təhsili müəssisələrinin əmək bazarının mövcud ehtiyaclarına uyğunlaşdırılması və cəlbediciliyinin artırılmasına kömək etmək məqsədi daşıyır.

Sərgi zamanı peşə təhsil mərkəzləri tikinti və inşaat ilə əlaqəli sahələrdə öz cari resursları haqda iştirakçılara məlumat verib, özəl sektor şirkətləri ilə B2B görüşlərdə iştirak edib, eləcə də bazarın mövcud tələbələri haqqında daha çox məlumat əldə etmək və müxtəlif qurumlarla əməkdaşlıq qurmaq imkanı əldə ediblər.

Daha çox öyrən

Mətbuat üçün açıqlama




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,