Avropa İttifaqı Şurası: Rusiya bu təcavüz aktı və onun səbəb olacağı bütün itkilərə görə tam məsuliyyət daşıyır

Avropa İttifaqı Şurası: Rusiya bu təcavüz aktı və onun səbəb olacağı bütün itkilərə görə tam məsuliyyət daşıyır

Fevral 25, 2022

Fevralın 24-də Avropa İttifaqı Şurası Rusiya Federasiyasının Ukraynaya qarşı səbəbsiz və əsassız hərbi təcavüzünü “ən kəskin şəkildə” pisləyib.

“Rusiya qanunsuz hərbi hərəkətləri ilə beynəlxalq hüququ və BMT Nizamnaməsinin prinsiplərini kobud şəkildə pozur, Avropa və qlobal təhlükəsizlik və sabitliyə xələl gətirir”, – Avropa İttifaqı Şurasının cümə axşamı qəbul etdiyi bəyanatda belə deyilir. “Rusiya bu təcavüz aktına və onun səbəb ola biləcəyi bütün dağıntılara və insan tələfatına görə tam məsuliyyət daşıyır”.

Avropa İttifaqı Şurası Rusiyadan hərbi əməliyyatları dərhal dayandırmağı, bütün qüvvə və hərbi texnikanı Ukraynanın bütün ərazisindən qeyd-şərtsiz çıxarmağı və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə tam hörmət etməyi tələb edib. Şura həmçinin Rusiyanı və Rusiyanın dəstəklədiyi silahlı birləşmələri beynəlxalq humanitar hüquqa hörmət etməyə və dezinformasiya kampaniyalarını və kiberhücumları dayandırmağa çağırıb.

Aİ daha əvvəl Rusiyanın Ukrayna ərazisindəki iki qondarma respublikanı tanımasına və silahlı qüvvələrini yerləşdirməsinə məhdudlaşdırıcı tədbirlərlə sərt reaksiya vermişdir. 

Fevralın 24-də Şura maliyyə, enerji və nəqliyyat sektorlarını, ikili təyinatlı malları, o cümlədən ixraca nəzarət və ixracın maliyyələşdirilməsi, viza siyasəti, Rusiyalı fərdi şəxslərin əlavə siyahılarını və yeni siyahı meyarlarını əhatə edən əlavə sanksiyalar üzrə razılığa gəlib.

Şura həmçinin Rusiyanın təcavüzü nəticəsində insan tələfatı və faciəvi hadisələrə görə təəssüfləndiyini və 21-ci əsrdə sərhədlərin dəyişdirilməsi üçün güc və zorakılıqdan istifadənin yolverilməz olduğunu qeyd edib.

Aİ Belarusun bu təcavüzdə iştirakını kəskin şəkildə pisləyib və onu bu cür hərəkətlərdən çəkinməyə çağırıb. Bununla yanaşı, Şura Belarusu da əhatə edəcək əlavə fərdi və iqtisadi sanksiyalar paketinin təcili hazırlanmasına və qəbul edilməsinə çağırıb.

Bəyanatda o da həmçinin qeyd olunur ki, Aİ qonşuları ilə yaxından əməkdaşlıq etməyə davam edəcək və Gürcüstan və Moldova Respublikasının suverenliyi və ərazi bütövlüyünə möhkəm dəstəyini və sadiqliyini bir daha bəyan edir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,