Avropa İttifaqı Şurası Avropa Sülh Proqramı çərçivəsində maliyyə yardımını ikiqat artırır

Avropa İttifaqı Şurası Avropa Sülh Proqramı çərçivəsində maliyyə yardımını ikiqat artırır

Mart 25, 2022

Martın 24-də Avropa İttifaqı Şurası Avropa Sülh Proqramı (EPF) çərçivəsində daha iki yardım tədbiri qəbul edib. Tədbirlər Aİ-nin Ukraynanın silahlı qüvvələrinin bacarıq və dayanıqlığını daha çox dəstəkləməsinə imkan verir. Aİ-nin bu dəstəyi Ukraynaya ərazi bütövlüyünü və suverenliyini müdafiə etməyə və mülki əhalini Rusiyanın davam edən hərbi təcavüzündən qorumağa kömək edəcək. 2020-ci fevralın 28-də açıqlanan ilkin büdcəyə əlavə 500 milyon avro əlavə edilərək yardım tədbirləri üçün ayrılan ilkin maliyyə vəsaitinin məbləği iki qat artırılıb və 1 milyard avroya çatdırılıb.

Razılaşdırılmış yardım tədbirləri fərdi qoruyucu vasitələr, ilkin tibbi yardım dəstləri və yanacaq kimi avadanlıq və ləvazimatların, eləcə də müdafiə məqsədləri üçün silah-sursatın çatdırılması üçün nəzərdə tutulmuş hərbi texnika və platformaların təminatını maliyyələşdirəcək. Yardımların müddəti də daha 12 ay uzadılıb.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Ukraynaya hərbi dəstək məqsədilə əlavə 500 milyon avro ayrılacaq




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,