Avropa İttifaqı Rusiyanın Ukrayna ərazisindəki iki qondarma respublikanı tanımaq qərarını pisləyib

Avropa İttifaqı Rusiyanın Ukrayna ərazisindəki iki qondarma respublikanı tanımaq qərarını pisləyib

Fevral 23, 2022

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Rusiya prezidenti Vladimir Putinin Ukraynanın Donetsk və Luqansk vilayətlərinin Ukrayna hökumətinin nəzarətində olmayan ərazilərinin müstəqil qurumlar kimi tanınması ilə bağlı qərarını ən sərt şəkildə pisləyiblər. Vladimir Putin sözügedən qərarı fevralın 21-i axşam saatlarında açıqlayıb.

Bu addım beynəlxalq hüququn, eləcə də Minsk razılaşmalarının açıq şəkildə pozulmasıdır. İttifaq bu qeyri-qanuni əməldə əli olanlara qarşı sanksiyalarla cavab verəcək”. İttifaqın dünən axşam yaydığı birgə bəyannaməsində belə deyilir.

Xanım Von der Leyen və Cənab Mişel Aİ-nin Ukraynanın müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsindəki ərazi bütövlüyünə olan dəyişməz dəstəyini bir daha vurğulayıblar.

Daha sonra Şarl Mişel Ukrayna prezidenti Vladimir Zelenski ilə danışaraq Aİ-nin Ukrayna ilə tam həmrəy olduğunu ifadə edib. Öz növbəsində Aİ-nin Ali Nümayəndəsi Cozep Borrel Ukrayna Xarici İşlər naziri Dmitro Kuleba ilə atılacaq növbəti addımları müzakirə edib.

Rusiya prezidenti Putin tərəfindən qondarma Donetsk və Luqansk xalq respublikalarına qondarma sülhməramlı missiyanın göndərilməsi ilə bağlı imzalanan fərmanlar Ukraynaya qarşı növbəti açıq təcavüz, onun ərazi bütövlüyü və suverenliyinin pozulmasıdır”. Cənab Borrel bunu öz Twitter hesabında yazıb

Daha çox öyrən

Mətbuat üçün açıqlama




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,