Avropa İttifaqı, Avropa Qonşuluq ölkələrinin vətəndaşları daxil olmaqla COVID-19 virusuna qarşı peyvəndə ehtiyacı olan hər kəsin həmin peyvəndlə təmin edilməsinə kömək edəcəyini vəd edir
Yanvar 15, 2021

Avropa İttifaqı, Avropa Qonşuluq ölkələrinin vətəndaşları daxil olmaqla COVID-19 virusuna qarşı peyvəndə ehtiyacı olan hər kəsin həmin peyvəndlə təmin edilməsinə kömək edəcəyini vəd edir


Təhlükəsiz və təsirli peyvəndin hazırlanması Avropa İttifaqının koronavirus pandemiyası ilə mübarizə işinin əsasını təşkil edir və Aİ, Avropa Qonşuluq ölkələri daxil olmaqla peyvəndə ehtiyacı olan hər kəsin həmin peyvəndlə təmin ediləcəyini vəd edir. 

Qlobal pandemiya qlobal səviyyədə aradan qaldırılmalıdır. Bu sözlər yanvarın 11-də Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin internet səhifəsində dərc olunan məqalədə deyilir. Həmin nəşrdə Aİ-nin peyvəndin hazırlanmasında tutduğu lider mövqedən, o cümlədən vətəndaşları və tərəfdaşlarının peyvənddən ədalətli şəkildə yararlanması üçün gördüyü işlərdən söhbət açılır.

Məqalədə bu günə qədər Avropa İttifaqı tərəfindən COVID-19 ilə mübarizədə iki peyvəndin təsdiqləndiyi deyilir. BioNTech və Pfizer şirkətləri tərəfindən hazırlanan ilk peyvənd 2020-ci ilin sonlarında təsdiqlənib. Moderna şirkəti tərəfindən hazırlanan ikinci peyvənd isə 2021-ci ilin əvvəlində təsdiqləndi. Aİ həmçinin ehtiyac duyulan yerlərdə diaqnostika, müalicə və peyvəndlərin hazırlanmasını və yerləşdirilməsini sürətləndirmək üçün resursları səfərbər etmək və ölkələr və qlobal səviyyədə fəaliyyət göstərən səhiyyə qurumları arasında qüvvələri bir yerə toplamaq məqsədilə Koronavirusa qarşı qlobal mübarizə işinə başlayıb.

“Aİ dünyanın istənilən yerində COVID-19 virusuna qarşı peyvəndə ehtiyacı olan hər bir kəsin həmin peyvənddən yararlanmasının təmin edilməsinə kömək etməyi vəd edir. Məhz bu səbəbdən biz COVAX Proqramına dəstək veririk. Bu qlobal təşəbbüs, hökumətləri və istehsalçıları bir araya gətirərək harada yaşamasından və kimliyindən asılı olmayaraq, COVID-19 virusuna qarşı peyvəndlərin ən çox ehtiyacı olanlara çatdırılmasını təmin edir”, məqalədə belə deyilir.

Aİ, 2021-ci ilin sonuna qədər az və orta gəlirli ölkələrdə yaşayan insanlarla yanaşı, Avropa qonşuluq ölkələrindəki və Qərbi Balkanlardakı tərəfdaşları üçün bir milyard dozadan çox peyvəndin təmin edilməsini nəzərdə tutur.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

 



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,