Avropa İnvestisiya Bankı Ukraynaya dəstək məqsədilə 668 milyon avro ayırır

Avropa İnvestisiya Bankı Ukraynaya dəstək məqsədilə 668 milyon avro ayırır

Mart 8, 2022

Martın 4-də Avropa İnvestisiya Bankı (AİB) Ukraynaya 668 milyon avro məbləğində təcili maliyyə dəstəyi göstərəcəyini təsdiqləyib. Bu, Ukrayna hökumətinə öz vətəndaşları üçün ərzaq, dərman və yanacaq daxil olmaqla, ən zəruri ehtiyaclarını ödəməyə kömək edəcək. Maliyyə vəsaitləri bir neçə gün ərzində Ukrayna tərəfinə təqdim olunacaq. AİB, ilkin olaraq Ukraynada KOB-ları və kənd təsərrüfatı sektorunu dəstəkləmək üçün verdiyi iki krediti çərçivəsində mövcud olan vəsaitləri ayıracaq. 

Bundan əlavə, AİB “Ukrayna üçün həmrəylik” paketi çərçivəsində gələcək təşəbbüsləri davam etdirəcək. Buraya daxildir:

  • İnvestisiya və yenidənqurma ilə bağlı ehtiyacları dərhal ödəmək üçün infrastrukturun bərpasına yönəlmiş layihə öhdəliklərini yenidən təyin etməklə Ukraynada mühüm infrastruktur ehtiyaclarının maliyyələşdirilməsi. Bu, nəqliyyat, enerji, şəhər infrastrukturunun inkişafı və rəqəmsal investisiyaları əhatə edəcək. Ukrayna hökumət orqanları mövcud müqavilələrə edilən düzəlişləri imzalayan kimi maliyyə vəsaiti əlçatan olacaq;
  • Müharibə başa çatdıqdan sonra azad və müstəqil Ukrayna yenidən bərpa edildikdə ehtiyac duyulan yeni mühüm iqtisadi və sosial infrastrukturu maliyyələşdirməklə Rusiya ordusunun məhv etdiyi hər şey bərpa olunacaq. Bunun üçün AİB Ukraynanın 2014-cü ildə Rusiya təcavüzündən sonra məktəb və uşaq bağçaları, xəstəxanalar və sosial evlər kimi 238 bələdiyyə və sosial infrastruktur obyektinin yenidən qurulmasına dəstək verən Erkən Bərpa Proqramı vasitəsilə öz təcrübəsindən istifadə edəcək.

Hazırda AİB ekspertləri Ukraynaya qonşu ölkələrin və Ukraynalı qaçqınları qəbul edən və ya müharibədən başqa formada təsirlənən Aİ ölkələrinin ehtiyaclarını qiymətləndirirlər. Sözügedən bank bu ölkələrə və regionlara təcili olaraq maliyyə və texniki yardım göstərmək üçün milli və yerli dövlət orqanları, təşkilatları və digər tərəfdaşlarla işləyir. Maliyyələşdirmə regionlara və bələdiyyələrə mövcud, ödənilməmiş kreditlərin sürətlə yenidən prioritetləşdirilməsi və ya AİB tərəfindən qaçqınlarla bağlı maksimum 50% əvəzinə, 100%-ə qədər maliyyələşdirə biləcəyi yeni əməliyyatların təsdiqi şəklində ola bilər.

Avropa İnvestisiya Bankının prezidenti Verner Hoyer bildirib ki, AİB əlavə 1,3 milyard avro investisiyanın təmin edilməsini sürətləndirmək yollarını axtarır. O, əlavə edib: “Şərtlər imkan verdiyi təqdirdə biz Ukraynada işğal nəticəsində dağıdılanların bərpasına kömək edəcəyik. Biz həmçinin, istər Aİ, istərsə də qonşu ölkələrdə, Ukraynadan gələn qaçqınların və bu dəhşətli müharibənin vurduğu iqtisadi zərərin öhdəsindən gəlmək üçün bütün zərərçəkmiş ölkələrə kömək etmək üçün müdaxilə edəcəyik”.

Daha çox öyrən

Mətbuat üçün açıqlama




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,