Aparıcı maliyyə qurumlarının rəhbərləri Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər 

Aparıcı maliyyə qurumlarının rəhbərləri Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər 

Mart 22, 2022

 “Rusiyanın Ukraynaya qarşı təcavüzü və onun yaratdığı böhrandan dəhşətə gəlir və dərin narahatlıq hissi keçiririk”. Bu, dünyanın aparıcı beynəlxalq maliyyə qurumlarının rəhbərləri tərəfindən açıqlanan birgə bəyanatda deyilir. 

Bəyanatı Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Renaud-Basso, Avropa İnvestisiya Bankının (AİB) prezidenti Verner Hoyer, Avropa Şurası İnkişaf Bankının (CEB) rəhbəri Karlo Montiselli, eləcə də Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva və Dünya Bankı Qrupunun (WBG) prezidenti Devid Malpass imzalayıblar. 

Onlar müharibənin geniş miqyaslı nəticələrinin olacağını bildirir və “enerji və ərzaq ehtiyatlarının azalmasından tutmuş qiymətlərin artmasına və yoxsulluğa və Ukraynada kütləvi bərpaya qədər sahələri əhatə edəcəyini və bunların bütün dünyada pandemiyadan sonrakı bərpa prosesinə mane olacağını” qeyd edirlər.

“Qlobal iqtisadiyyat böhranın təsirlərini zəif iqtisadi inkişaf, ticarət əlaqələrində pozulmalar və kəskin inflyasiya şəklində hiss edəcək ki, bu da xüsusilə ən yoxsul və ən həssas təbəqələrə zərər verəcək. Ərzaq və enerji kimi malların yüksək qiymətləri inflyasiyanı daha da artıracaq.

Ölkələr, xüsusən də Ukrayna ilə qonşu olan ölkələr ticarət, təchizat zəncirləri və pul köçürmələrində fasilələrlə, o cümlədən qaçqın axınının kəskin artması ilə üzləşəcəklər”, – deyə bəyanatda bildirilir.

Qurum rəhbərləri həmçinin qeyd ediblər ki, rəhbərlik etdikləri maliyyə qurumları Ukrayna və onunla qonşu ölkələrə təcili dəstək təmin edib. Belə ki, AYİB müharibədən zərər çəkmiş insanların təcili ehtiyaclarını ödəmək və şərtlər imkan verdikdə Ukraynada əhəmiyyətli bərpanı dəstəkləmək üçün ilkin olaraq 2 milyard avro dəyərində “Ukrayna üzrə Müharibə – AYİB Dayanıqlıq Paketini” təsdiqləyib. 

AİB Ukrayna ilə həmrəylik üzrə təcili tədbirlər planı hazırlayıb. Plana Ukrayna hökumətinə 668 milyon avro təcili maliyyə dəstəyinin göstərilməsi və əlavə 1,3 milyard avro həcmində maliyyə yardımının çatdırılması daxildir. Bu günə qədər Ukraynaya 329 milyon avro ayrılıb.

Daha çox öyrən

Mətbuat üçün açıqlama




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,