Aİ və ÜST tərəfindən keçirilən soröu göstərir ki, səhiyyə işçiləri Azərbaycanda COVID-19 və peyvəndləmə ilə bağlı ən etibarlı məlumat mənbələridir

Aİ və ÜST tərəfindən keçirilən soröu göstərir ki, səhiyyə işçiləri Azərbaycanda COVID-19 və peyvəndləmə ilə bağlı ən etibarlı məlumat mənbələridir

Yanvar 12, 2022

Azərbaycanda səhiyyə işçiləri Covid-19 və peyvəndləmə ilə bağlı ən etibarlı məlumat mənbələri olaraq qalır. Bununla belə, virus haqqında məlumatların KİV-lər tərəfindən şişirdildiyini düşünənlərin sayı cəmi 7% təşkil edir və bu da avqust ayında keçirilən oxşar sorğu ilə müqayisədə 5% azdır. Bu, keçən ilin noyabrında ÜST-ün Azərbaycan Nümayəndəliyi tərəfindən aparılan COVID-19 ilə bağlı davranışların qiymətləndirilməsi üzrə 7-ci sorğunun   nəticələridir. Sözügedən sorğu Aİ tərəfindən maliyyələşdirilən “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” və COVİD-19 virusuna qarşı peyvəndləmə işinə dəstək layihələri çərçivəsində həyata keçirilib.

Tədqiqatın məqsədi COVID-19 virusu və peyvəndləmə üzrə riskin qavranılması, həmçinin bundan irəli gələn müvafiq davranışlar və digər amillərin monitorinqinin aparılması və onlar arasındakı əlaqələrin müəyyənləşdirilməsindən ibarətdir. Eyni zamanda, sorğu pandemiyanın əsas səhiyyə xidmətlərinə təsirlərinin qiymətləndirilməsini nəzərdə tutub.

Mövcud məhdudiyyətlərin çox şişirdildiyi ilə razılaşan respondentlərin nisbəti avqust ayı ilə müqayisədə demək olar ki, dəyişməyərək 23% təşkil edib, məhdudiyyətlərin şişirdilməsi ilə razı olmayanların payı isə 52% olub. Respondentlərin cəmi 89%-i peyvənd olunduğunu bildirib. Peyvənd olunmayanların yalnız 5%-dən az bir hissəsi qətiyyən peyvənd olunmayacağını bildirdiyi halda, qərarsız respondentlərin sayı isə avqust ayı ilə müqayisədə (25%) 35%-ə yüksəlib.

Daha çox öyrən

Mətbuat üçün açıqlama




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,