Aİ və ÜST COVID-19 virusu ilə mübarizəyə dəstək üçün Azərbaycana tibbi ləvazimat və avadanlıqlar göndərib

Aİ və ÜST COVID-19 virusu ilə mübarizəyə dəstək üçün Azərbaycana tibbi ləvazimat və avadanlıqlar göndərib

Oktyabr 15, 2021

Avropa İttifaqı (Aİ) Azərbaycanda COVID-19 virusuna yoluxmuş xəstələrin müalicəsində istifadə olunması üçün tibbi ləvazimat və avadanlıqlar ianə edib.

Aİ tərəfindən maliyyələşdirilən və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən icra olunan “Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” çərçivəsində Azərbaycanda iki ədəd tənəffüs aparatı, bir ədəd BİPAP oksigen terapiyası aparatı, 4 xəstə monitoru, yüksək axınlı oksigen verilməsi üçün 12 nazal kanyula və virusun aşkarlanması üçün test reagentləri, eləcə də yoluxma hallarının müşahidəsində istifadə üçün 100 ədəd planşet, 5 ədəd noutbuk, 5 ədəd modem və onlar üçün proqram təminatı təqdim edilib. 

2020-ci ilin iyul ayından etibarən sözügedən təşəbbüs çərçivəsində Azərbaycanlı tibb işçiləri üçün fərdi qoruyucu vasitələr və xəstələrin müalicəsində istifadə edilən tibbi ləvazimatlar və avadanlıqlardan ibarət yardımlar Azərbaycana təhvil verilib. Aİ həmçinin Azərbaycanda COVID-19 virusuna qarşı peyvəndləməyə yardım göstərmək və ölkənin immunizasiya sistemini gücləndirmək məqsədi daşıyan üçillik “COVID-19 virusuna qarşı vaksinasiyaya dəstək” layihəsinin icrasına başlamışdır.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,