Aİ və BMTİP Azərbaycanda “İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” proqramının icrasına başlayır 

Aİ və BMTİP Azərbaycanda “İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” proqramının icrasına başlayır 

Mart 15, 2022

Martın 14-də Avropa İttifaqı (Aİ) və BMT-nin İnkişaf Proqramı (BMTİP) Azərbaycanda yeni “İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” proqramının icrasına başlayıb. Proqram 2024-cü ilə qədər davam edəcək. 

Sözügedən proqram pandemiyadan əvvəl və sonra Azərbaycan şəhərlərinin və kənd yerlərinin üzləşdiyi problemləri təhsil, mübadilə və strateji innovasiyalar vasitəsilə həll etməyə yönəlmişdir. Proqram çərçivəsində Azərbaycanın müxtəlif şəhərlərinə Yerli İqtisadi İnkişaf Planlarının hazırlanması prosesində dəstək veriləcək və onlar üçün yeni imkanlara və maliyyə mənbələrinə, eləcə də hər il keçirilən layihə qəbullarına çıxış imkanı yaranacaq. 

“Şəhərlərin inkişafı iqtisadiyyatın şaxələndirilməsi və inkluziv inkişaf, yüksək gəlirlər, yoxsulluğun azaldılması, həyat səviyyəsinin yüksəldilməsi, daha sağlam cəmiyyət və nəticədə, regionlarla paytaxt arasında fərqlərin azalması deməkdir. Şübhəsiz ki, bu proqram Aİ ilə Azərbaycan hökuməti və ən əsası şəhərlərin bələdiyyə sədrləri arasında “güclü tərəfdaşlıq” əlaqələrinin daha da güclənməsinə töhfə verəcəkdir”, – deyə Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko bildirib.

“İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” proqramı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” təşəbbüsünün bir hissəsidir və BMTİP tərəfindən həyata keçirilir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,