Aİ Ukraynadan olan bütün qaçqınlara sığınacaq verməyə və Rusiyaya qarşı yeni sanksiyalar qəbul etməyə hazırdır

Aİ Ukraynadan olan bütün qaçqınlara sığınacaq verməyə və Rusiyaya qarşı yeni sanksiyalar qəbul etməyə hazırdır

Mart 12, 2022

Fransa paytaxtındakı Versal sarayında keçirilən 27 Aİ-yə üzv ölkəsinin dövlət və hökumət başçısının zirvə görüşündə Aİ liderləri “Ukraynadan olan bütün qaçqınlara” müvəqqəti sığınacaq veriləcəyini vəd ediblər. Onlar həmçinin Rusiya qoşunlarının bütöv Ukrayna ərazisindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb ediblər.

Zirvə görüşündə bu səhər açıqlanan bəyanatda Aİ ölkələri dövlət və hökumət başçıları bildiriblər ki, işğalda iştirak edən Rusiyalılar və Belaruslar mülki şəxslərə qarşı hücumlar daxil olmaqla “törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunacaqlar”

Liderlər Rusiya və onun müttəfiqi olan Belarusa qarşı təzyiqlərin daha da artırılmasında qətiyyətli olduqlarını bildiriblər. “Biz əhəmiyyətli sanksiyalar qəbul etmişik və qısa müddət ərzində daha çox sanksiya qəbul etməyə hazırıq. İki həftə əvvəl Rusiya Avropaya müharibəni geri gətirdi. Rusiyanın Ukraynaya qarşı əsassız hərbi təcavüzü beynəlxalq hüququ və BMT Nizamnaməsinin prinsiplərini kobud şəkildə pozur, Avropa və qlobal təhlükəsizlik və sabitliyə xələl gətirir”, – bəyanatda belə deyilir.

Aİ liderləri Beynəlxalq Cinayət Məhkəməsi prokurorunun təhqiqatlara başlamaq qərarını alqışlayıb və dərhal Ukraynanın nüvə obyektlərinin təhlükəsizliyinin təmin edilməsinə çağırıblar.

Onlar Aİ-nin Ukraynadan olan bütün qaçqınlara müvəqqəti sığınacaq təmin edəcəyini bəyan edərək, “Ukraynalı qaçqınların qəbulunda göstərilən böyük həmrəyliyə görə” xüsusilə Ukrayna ilə sərhəddə yerləşən Avropa ölkələrinə minnətdarlıqlarını bildiriblər.

Bəyanatda deyilir: “Aİ və ona üzv dövlətlər həmrəylik nümayiş etdirməyə və bütün qaçqınlara və onları qəbul edən ölkələrə humanitar, tibbi və maliyyə dəstəyi göstərməyə davam edəcəklər”.

Ukraynanın Avropa İttifaqına üzv olmaq istəyinə cavab olaraq tədbir iştirakçıları “Avropanın istəklərini və Ukraynanın seçimini” qəbul edərək “Ukraynanın Avropa ailəsinə aid olduğunu” bildiriblər.

 “Şura cəld hərəkət edərək Avropa Komissiyasını ittifaqla bağlı müqavilələrin müvafiq müddəalarına uyğun olaraq Ukraynanın Aİ-yə müraciəti ilə əlaqədar rəyini təqdim etməyə dəvət edib”.

Eyni zamanda, Aİ liderləri gecikmədən Ukrayna ilə “əlaqələri daha da gücləndirmək” “tərəfdaşlığı dərinləşdirməyin” əhəmiyyətini vurğulayıblar.  

Avropa İttifaqı Şurası həmçinin Komissiyaya Moldova Respublikası və Gürcüstanın müraciətləri ilə bağlı da rəyini açıqlamağa çağırıb.

Daha çox öyrən

Bəyanatın tam mətni




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,