Aİ Şərq Tərəfdaşlığı ölkələrində KOB-lara dəstəyə dair EU4Business layihəsinin 2021-ci il üzrə hesabatını dərc edib

Aİ Şərq Tərəfdaşlığı ölkələrində KOB-lara dəstəyə dair EU4Business layihəsinin 2021-ci il üzrə hesabatını dərc edib

Sentyabr 17, 2021

Sentyabrın 14-də Avropa Komissiyası EU4Business təşəbbüsünün illik hesabatını dərc edib. Hesabat altı Şərq Tərəfdaşlığı (ŞT) ölkəsində Aİ-nin kiçik və orta ölçülü sahibkarlıq müəssisələrinə (KOB-lar) dəstəyini əhatə edir. 2021-ci il üzrə hesabatda Aİ-nin sözügedən proqramın hər üç prioritet sahəsi (maliyyəyə çıxış imkanı, biznesin inkişafı üzrə xidmətlər və biznes üçün əlverişli mühit) üzrə ətraflı məlumat verilib. 

Hesabata əsasən, 2020-ci ildə Aİ ümumilikdə 72 000-ə yaxın KOB-a (bunların üçdə bir hissəsi qadınlara məxsusdur) dəstək təmin edib. Nəticədə Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada Aİ-nin dəstəklədiyi KOB-lar tərəfindən 50-dən artıq yeni iş yeri yaradılıb və 1 milyard avrodan artıq əlavə gəlir əldə edilib.

“2020-ci ildə EU4Business təşəbbüsü üçün ayrılan büdcə əhəmiyyətli dərəcədə artıb və böhran dövründə müstəsna nəticələrlə verərək həm sahibkarlara, həm də işçilərə fayda verib. Önümüzdəki beş il üçün irəli sürdüyümüz iddialı İqtisadi və İnvestisiya Planı, iş yerlərinin və iqtisadi inkişafın daha da stimullaşdırılmasına və Şərq Tərəfdaşlığı regionuna rifah gətirməsinə kömək edəcək. Yaşıl və inklüziv sosial-iqtisadi bərpanı dəstəkləmək, dayanıqlığı gücləndirmək və iqtisadiyyatlarımızı daha da inteqrasiya etməklə daha yaxşı bir şəkildə əvvəlki günlərə qayıtmağa kömək edəcək”. Bunu Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş Direktoratının Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktoru Lourens Meredit deyib.

EU4Business proqramının komanda rəhbəri Mark Hellyer isə bildirib: “Çətinliklərə baxmayaraq, Aİ EU4Business təşəbbüsü çərçivəsində KOB-ları dəstəkləmək üçün mövcud büdcələri 12,5% artırdı və bununla da tərəfdaşların ŞT üzrə hər 10 KOB-dan birini dəstəkləməsinə imkan verdi”.

Hesabatda həmçinin 2020-ci il ərzində 5 400 KOB-a kredit şəklində maliyyə dəstəyinin verildiyi, 65 000-ə yaxın KOB-a biznesin inkişaf etdirilməsi xidmətlərinin göstərildiyi və 1 000-ə yaxın biznesə dəstək təşkilatı üçün təlimlərin təşkil olunduğu qeyd olunub. Bundan əlavə, Aİ, normayaratma orqanları, tənzimləyici orqanlar və hüquq-mühafizə orqanları daxil olmaqla, 158 dövlət qurumunu dəstəkləyib, onların potensialının artırılmasına kömək edib və 1 138-dən çox qanun, normativ-hüquqi akt və prosedurları yeniləyib. 

Hesabat göstərir ki, Avropa İttifaqı COVID-19 pandemiyası ilə tez bir zamanda mübarizəyə başlayaraq tərəfdaşları və üzv ölkələri ilə birlikdə KOB-ların kreditlərə çıxışını asanlaşdırmaq üçün əlavə 100 milyon avro dəyərində proqram səfərbər etməyi bacarıb; KOB-lar üçün mövcud yerli valyutada kredit xətti və qrantlar formasında 200 milyon avro; Avropa Dayanıqlı İnkişaf Fondu vasitəsilə Aİ-nin Qonşuluq regionu üçün 500 milyon avro və hökumətləri dəstəkləmək üçün Aİ-nin makro-maliyyə yardımı ilə 1,45 milyard avro maliyyə vəsaiti ayrılmışdır.

EU4Business, Şərq Tərəfdaşlığı ölkələri olan Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada kiçik və orta sahibkarlıq müəssisələrinə (KOB) Aİ-nin bütün dəstəyini özündə birləşdirən bir təşəbbüsdür. EU4Business təşəbbüsü, maliyyə mənbələrinə çıxış imkanının yaxşılaşdırılması və biznesin inkişafı xidmətləri ilə yanaşı, biznes sahəsində tənzimləmələrin təkmilləşdirilməsinin təşviqi yolu ilə KOB-ların inkişafını dəstəkləyir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama 

EU4Business proqramının Vətəndaşların xülasəsi 2021 (ŞT)

EU4Business təşəbbüsünün illik hesabatı 2021




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,