Aİ Rusiyadan olan daha 26 fiziki şəxs və bir qurumu sanksiyalar siyahısına əlavə edib
Mart 2, 2022

Aİ Rusiyadan olan daha 26 fiziki şəxs və bir qurumu sanksiyalar siyahısına əlavə edib


Fevralın 28-də Avropa İttifaqı Şurası Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini pozan və ya təhdid edən hərəkətlərə görə məhdudlaşdırıcı tədbirlərə məruz qalan şəxslər, qurumlar və orqanlar siyahısına daha 26 fiziki şəxs və bir qurumu əlavə edib.

Yeni siyahılara neft, bank maliyyə sektorlarında fəaliyyət göstərən oliqarxlariş adamları, o cümlədən hökumət nümayəndələri, yüksək vəzifəli hərbiçilər, Ukrayna əleyhinə təbliğatın yayılmasına və Ukraynanın işğalına müsbət münasibətin təşviqinə töhfə vermiş təbliğatçılar daxildir. 

 “Bu əlavə sanksiyalar Putin rejiminin dəstəklənməsində mühüm iqtisadi rolu olan və sistemdən maliyyə cəhətdən faydalanan hər kəsə yönəlmişdir. Bu sanksiyalar Putin elitasının sərvətini ifşa edəcək. Ukraynanın işğalına şərait yaradanlar öz hərəkətlərinin qarşılığını ödəyəcəklər”, – Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndə Cozep Borrel bildirib.

Hazırda ümumilikdə 680 fiziki şəxsə və 53 quruma şamil edilən bu məhdudlaşdırıcı tədbirlərə səhmlərin dondurulması və sadalanan fiziki və hüquqi şəxslərə vəsaitlərin verilməsinə qadağa daxildir. Bundan əlavə, sadalanan şəxslərə tətbiq edilən səyahət qadağası onların Aİ ərazisinə daxil olmasına və ya tranzit yolla keçməsinə mane olacaq.

Bugünkü qərar Ali Nümayəndənin 27 fevral tarixində Aİ-nin Xarici İşlər Nazirlərinin videokonfrans formatında baş tutan iclasından sonra elan etdiyi tədbirlər paketini tamamlayır. Bu paketə həmçinin Avropa Sülh Proqramı çərçivəsində Ukrayna silahlı qüvvələrinə hərbi sursat və texnikanın çatdırılması, Rusiya təyyarələri üçün hava məkanının bağlanmasıRusiyanın Mərkəzi Bankı ilə əməliyyatlara qadağa daxildir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Avropa İttifaqının rəsmi jurnalı, L 058, 28 fevral 2022

Avropa İttifaqının rəsmi jurnalı, L 059, 28 fevral 2022

Avropa İttifaqı Ukraynaya hərbi texnikanın göndərilməsi və bir sıra digər tədbirlərlə bağlı tərəfdaşları ilə razılığa gəlib



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,