Aİ-nin Ukrayna üçün ayırdığı 1,2 milyard avro makromaliyyə yardımının ilk hissəsi bu ölkəyə verilib

Aİ-nin Ukrayna üçün ayırdığı 1,2 milyard avro makromaliyyə yardımının ilk hissəsi bu ölkəyə verilib

Mart 14, 2022

Bu gün Avropa Komissiyası təcili makromaliyyə yardım qismində Ukraynaya 300 milyon avro maliyyə vəsaiti təmin edib. Bu vəsaitlər Rusiyanın Ukraynaya qarşı əsassız təcavüzü fonunda sözügedən ölkənin makroiqtisadi sabitliyini gücləndirmək məqsədilə verilir.

Qeyd edək ki, Makromaliyyə yardım proqramı çərçivəsində Ukraynaya ümumilikdə 1,2 milyard avro maliyyə vəsaiti ayrılıb və bu vəsaitlər kiçik hissələr şəklində həmin ölkəyə veriləcək. 

Avropa Komissiyası Ukraynaya bütün istiqamətlərdə dərhal yardım etmək kömək etmək məqsədilə dayanmadan çalışır. Buraya humanitar yardımlar və mülki müdafiə sahəsində yardımlar daxildir.

Martın 1-də Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bildirib ki, humanitar böhranla mübarizə məqsədilə Aİ büdcəsindən əlavə olaraq azı 500 milyon avronun ayrılması planlaşdırılır. “Putinin əsassız müharibəsi Ukraynaya və onun cəsur xalqına amansız hərbi təzyiqlə bərabər iqtisadi təzyiq də göstərir. Avropa qətiyyətlə onların yanındadır. Mən bu gün Aİ-nin Ukraynanın maliyyə sektorunu dəstəkləmək üçün təcili makromaliyyə yardımı şəklində 300 milyon avro ayırdığını elan etməkdən məmnunan. Bundan sonra digər ödənişlər və paketlər də olacaq”.

Ticarət üzrə Komissar Valdis Dombrovskis əlavə edib: “Bu, Ukraynanın təcili yardıma ehtiyacı olduğu kritik vaxtdır. Biz Ukraynaya təcili makromaliyyə yardımının birinci hissəsini ödəmək üçün rekord sürətlə irəliləmişik… Bu, Rusiyanın Ukraynaya və onun xalqına qarşı əsassız təcavüzündən qaynaqlanan gərgin iztirab və sıxıntılar dövründə həyati dəstək verməyə kömək edəcək. Avropa xalqı suveren dövlət kimi demokratiya və azadlıq uğrunda mübarizə aparan Ukraynanı çətin anında dəstəkləmək üçün əlindən gələni edir”. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,