Aİ-nin Sanitariya-epidemioloji Salamatlıq Təşəbbüsü çərçivəsində ilk təlim təşkil olunacaq
Aprel 23, 2021

Aİ-nin Sanitariya-epidemioloji Salamatlıq Təşəbbüsü çərçivəsində ilk təlim təşkil olunacaq


Avropa Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (EDCD) Aİ-nin yeni Sanitariya-epidemioloji Salamatlıq Təşəbbüsü çərçivəsində ittifaqa qonşu ölkələrin səhiyyə sahəsində potensialının artırılması məqsədilə təlimlər təşkil olunacaq.

İlk iki təlim yoluxucu xəstəliklərin yaratdığı təhdidləri daha səmərəli şəkildə aradan qaldırmaq məqsədilə tərəfdaş ölkələrdəki mütəxəssislərin potensialının artırılması, epidemioloji vəziyyətə dair məlumatların toplanması və risklərin qısa müddət ərzində qiymətləndirilməsi məsələlərinə həsr olunacaq.

Təlimlər İngilis dilində (19-23 aprel 2021) və Rus dilində (4-10 may 2021) təşkil olunacaq.

Tviterdən əldə olunan məlumatlarla ictimai səhiyyə sahəsində təhdidlərin avtomatlaşdırılmış qaydada erkən aşkarlanmasına kömək etmək üçün interaktiv vasitə olan “epitweetr” üzrə üçüncü təlim 15 iyun 2021-ci il tarixində keçiriləcək.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Avropa Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi tərəfindən həyata keçirilən təlim həm də regional əməkdaşlığı gücləndirməyə yönəlib.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

 



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,