Aİ-nin dəstəyi ilə həyata keçirilən “Gənclərin Sahibkarlıq Fəaliyyətinə Dəstək” layihəsinin bağlanış konfransı keçirilib

Aİ-nin dəstəyi ilə həyata keçirilən “Gənclərin Sahibkarlıq Fəaliyyətinə Dəstək” layihəsinin bağlanış konfransı keçirilib

İyul 2, 2021

İyunun 23-də Avropa İttifaqının maliyyələşdirdiyi “Gənclərin Sahibkarlıq Fəaliyyətinə Dəstək” layihəsinin bağlanış konfransı keçirilib və nəticələri təqdim olunub.

Layihənin əsas məqsədi seçilmiş təhsil müəssisələrində təhsil alan şagirdlərin maliyyə savadlılığını və sahibkarlıq bacarıqlarını vətəndaş cəmiyyətinin və özəl sektorun iştirakı ilə inkişaf etdirmək olmuşdur. 

Layihə Bakı, Gəncə, Qax, Mingəcevir, Xaçmaz, Masallı, Qəbələ və Zaqataladakı 48 orta məktəb və 4 peşə məktəbində təhsil alan 13-16 yaşlı 4 909 nəfər şagirdi və 170 müəllimi əhatə etmişdir. Şagirdlər onlayn və əyani təlimlərdə, seminarlarda iştirak ediblər və gənclərdən ibarət 100 komanda layihə çərçivəsində həyata keçirilən biznes video müsabiqəsinə və innovasiya düşərgəsinə qatılıb. 

Təlim proqramından əvvəl və sonra aparılan sorğu göstərir ki,  şagirdlər biliklərini 32% artırıb və onların 30%-i bir ailə biznesinə başlamağı və ya idarə etməyi planlaşdırır. Qızların 70%-i isə sahibkarlıq fəaliyyətinə uğurla başlayacaqlarına əmindirlər. 

Tələbələrin təxminən 80%-i bu proqramın köməyilə pul vəsaitlərini idarə etməyi öyrəndiklərini, 90%-i pul vəsaitlərini düzgün idarə etdiklərinin əminliklərini və 50%-dən çoxu pul yığmağa başladıqlarını bildiriblər.

Qiymətləndirmə göstərir ki, iki illik layihənin həyata keçirilməsindən sonra müəllimlərin 93%-i maliyyə savadlılığı baxımından inkişaf etmişdir. Bu rəqəm 2019-cu ildə 37% olmuşdur.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

 




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,