Aİ-nin aparıcı rəsmiləri Ukraynanın “Avroviziya-2022” mahnı müsabiqəsindəki qələbəsi haqqında paylaşımlar ediblər

Aİ-nin aparıcı rəsmiləri Ukraynanın “Avroviziya-2022” mahnı müsabiqəsindəki qələbəsi haqqında paylaşımlar ediblər

May 16, 2022

Avropa İttifaqı liderləri “Avroviziya” mahnı müsabiqəsində qalib gələb Ukraynanın Kaluş Orkestra (Kalush Orchestra) musiqi qrupunu təbrik ediblər. 

Müsabiqənin finalı mayın 14-ü və 15-də İtaliyanın Turin şəhərində baş tutub. Böyük sayda tamaşaçı kütləsi Ukraynalı müsiqi qrupuna səs verib. Şərq Tərəfdaşlığı ölkələrindən Azərbaycan, Ermənistan və Moldova da finala qədər yüksəlməyi bacarıb. 

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Kaluş Orkestra musiqi qrupunu təbrik edib və gələn il Avroviziya müsabiqəsinin “azad və bütöv Ukraynada”  keçiriləcəyinə ümid etdiyini bildirib. Özünün Twitter hesabında Şarl Mişel bu musiqi qrupunun mahnısından bir parça paylaşıb: “Ломаними дорогами прийду я завжди до тебе” (“Dağılmış yollarla mən hər zaman sənin yanına gələcəyəm”).

“Bu gecə mahnınız bizim qəlblərimizi fəth etdi” və “Aİ sizinlədir”.  Bunu isə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen öz Twitter hesabında paylaşıb

Aİ-nin Ali Nümayəndəsi Cozep Borrel də həmçinin təbriklərə qoşularaq bu sözləri paylaşıb: “Çox yaşa musiqi! Çox yaşa Avropa! Слава Україні! (Ukraynaya eşq olsun!)”.

https://twitter.com/eu_eeas/status/1525613536138887168?s=21&t=hcW7BMNfJrjkLS-c6k7DFg



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,