Aİ müharibədən sonra Ukraynanın bərpası məqsədilə Ukrayna üçün Həmrəylik Etimad Fondu yaradır
Mart 25, 2022

Aİ müharibədən sonra Ukraynanın bərpası məqsədilə Ukrayna üçün Həmrəylik Etimad Fondu yaradır


Martın 24-də Avropa İttifaqı Şurasında ABŞ prezidenti Co Baydenlə Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü kontekstində transatlantik əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Şura Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü, mülki obyektlərin hədəfə alınması kimi müharibə cinayətlərini dərhal dayandırmağı və müharibə zonalarında qalan mülki insanların təhlükəsiz çıxışına zəmanət verməyi tələb edib.

Aİ Ukraynaya əlaqələndirilmiş siyasi, maliyyə, maddi və humanitar dəstək göstərməyə davam edəcəyini və Rusiyanın təcavüzünün qarşısını almaq üçün Rusiya və Belarusa qarşı daha artıq əlaqələndirilmiş sərt sanksiyalar tətbiq edəcəyini bəyan edir. Avropa İttifaqı Şurası bütün ölkələri bu sanksiyalara qoşulmağa çağırıb və qeyd edib ki, “sanksiyalardan yayınmaq və ya Rusiyaya başqa yollarla kömək etmək cəhdləri dayandırılmalıdır”.

Şura həmçinin Ukraynalı qaçqınların qəbulu ilə bağlı görülən tədbirləri alqışlayıb və bütün üzv dövlətləri səylərini gücləndirməyə çağırıb. Aİ Avropa Komissiyasını bu cür səyləri artırmaq üçün lazımi tədbirlər görməyə çağırıb.

Rusiyanın Ukraynaya hücumu dayanan kimi Avropa İttifaqı demokratik Ukraynanın dərhal bərpası üçün Ukrayna hökumətini dəstəkləməyə hazır olduğunu bildirir. Bu məqsədlə Avropa İttifaqı Şurası beynəlxalq tərəfdaşlarını bu prosesdə iştiraka dəvət etmişdir. Şura Komissiyanı Ukraynaya lazımi islahatların həyata keçirilməsinə kömək etmək üçün texniki yardım göstərməyə də təşviq edir.

Avropa İttifaqı Şurası həmçinin Ukrayna üçün Həmrəylik Etimad Fondu çərçivəsində maliyyə vəsaitlərinin toplanması üçün beynəlxalq konfransın vaxtında təşkil edilməsinin tərəfdarıdır. 

Şura Ukrayna və Moldova elektrik şəbəkələrinin Aİ şəbəkələri ilə bu yaxınlarda sinxronlaşdırılmasını “unikal nailiyyət” adlandıraraq bəyan edib ki, Avropa İttifaqı Ukraynaya elektrik enerjisi və qazın fasiləsiz verilməsini təmin etməyə hazırdır.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,