Aİ liderləri Rusiyaya qarşı yeni sanksiyalar ilə bağlı razılığa gəliblər 
İyun 1, 2022

Aİ liderləri Rusiyaya qarşı yeni sanksiyalar ilə bağlı razılığa gəliblər 


Mayın 30-da Avropa İttifaqı Şurası Brüsseldə keçirilən ikigünlük iclasda Rusiyaya qarşı altıncı sanksiyalar paketini razılaşdırıb. Paket Rusiyadan ittifaqa üzv dövlətlərə idxal olunan xam neft və neft məhsullarını əhatə edir. Sanksiyaların qısa müddət ərzində Rusiyanın neft idxalının 75%-nə təsir edəcəyi gözlənilir. İlin sonuna kimi isə Rusiyadan Avropaya idxal olunan neftin 90%-i qadağan ediləcək. 

“Bu, dərhal Rusiyanın neft idxalının üçdə ikisindən çoxunu əhatə edir və onun döyüş maşını üçün nəhəng maliyyə mənbəyinin qarşısını kəsir”. Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel öz Twitter hesabında yazıb. O, müharibəyə son qoymaq üçün Rusiyaya maksimum təzyiqin göstərildiyini qeyd edib. 

Şura boru kəməri ilə çatdırılan xam neft ilə bağlı müvəqqəti istisnanın tətbiqinə razı olub. Xam neft təchizatında qəfil fasilələr yaranarsa, təchizatın təhlükəsizliyini təmin etmək üçün fövqəladə tədbirlərin görülməsi planlaşdırılır. Şarl Mişelin sözlərinə görə, bu sanksiyalar paketinə Rusiyanın ən böyük bankı olan Sberbank-ın Swift sistemindən çıxarılması, Rusiyanın daha üç dövlət yayım şirkətinin Aİ ərazisində yayımının qadağan olunması və Ukraynada hərbi cinayətlərə görə məsuliyyət daşıyan fərdi şəxslərə qarşı sanksiyalar kimi digər sərt tədbirlər də daxildir. 

Avropa İttifaqı həmçinin Ukraynaya humanitar yardım, likvidlik və yenidənqurma işləri ilə bağlı dəstəyini davam etdirəcəyini bildirib. Avropa Komissiyasının sədri Ursula von der Leyen əlavə edib ki, Şura “Ukraynaya 9 milyard avroya qədər yeni müstəsna makromaliyyə yardım paketi təqdim etmək mexanizmi üzərində işləməyık” razı olub. 

Avropa İttifaqı Şurası həmçinin Avropa Sülh Proqramı çərçivəsində Ukraynaya hərbi dəstəyin artırılması və Ukraynanın Avropa İttifaqına ixrac etdiyi bütün məhsullara idxal rüsumlarının bir il müddətinə dayandırılması ilə bağlı son qərarları alqışlayıb.

Avropa İttifaqı Şurası həmçinin Moldovaya enerji və iqtisadi böhranların, o cümlədən müharibənin yaratdığı miqrasiya təzyiqinin aradan qaldırılması üçün bütün lazımi dəstəyin göstərilməsinin vacibliyini vurğulayıb. Qurum həmçinin Belarusu repressiyalara son qoymağa çağırıb və Belarus xalqının yeni, azad və ədalətli seçkilər keçirmək kimi demokratik hüququnun olduğunu xatırladıb.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Avropa İttifaqı Şurasının xüsusi iclasının ilk günündən sonra Şarl Mişelin bəyanatları

Oil: https://twitter.com/eucopresident/status/1531424785464320000

Sberbank:



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,