Aİ haqqında iki yeni buklet nəşr olunub

Aİ haqqında iki yeni buklet nəşr olunub

Yanvar 25, 2022

Avropa İttifaqının iş prinsipi necədir və fərdi şəxslər üçün hansı faydaları var? Birləşmiş Avropa anlayışının mənşəyi haqqında nə bilirik? Bu sualların cavabını Avropa İttifaqının Nəşriyyat bölməsi tərəfindən nəşr edilən iki yeni bukletdə tapa bilərsiniz.

“Aİ haqqında qısa bələdçi” adlı nəşrdə Aİ-nin tarixi haqqında bütün lazımi məlumatlar yer alır. Məsələn, nəşrdə hansı Aİ ölkələrinin avrodan istifadə etdiyi, Şengen zonası, “Avropa Yaşıl Təşəbbüsünün” insanların həyatını yaxşılaşdırması və bütün Aİ fəaliyyətlərinin maliyyələşdirilməsi üçün maliyyə vəsaitlərinin mənbəyi geniş izah edilir. 

Aİ-nin təşəbbüskarları” adlı digər bukletdə isə uzaqgörən liderlərin müasir Avropanın qurulmasına (partizan hərəkatı üzvləri və Holokostdan sağ çıxanlardan tutmuş, siyasətçilərə və hətta kino ulduzuna qədər) necə töhfə verdiklərindən söhbət açılır. 

Nəşrdən bəzi fraqmentlər: “Onların çoxu iki dünya müharibəsinin dəhşətlərindən sonra Avropada münaqişənin sona çatması və insanlar arasında sülh və həmrəyliyin təşviq edilməsi üçün çalışıb. Onlar sülh və firavanlıq, sosial təcrid və ayrı-seçkiliyin aradan qaldırılması üçün çalışıblar. Onlar iqtisadi sabitliyə və nəticədə vahid valyutanın yaranması ilə nəticələnən sistemlərin inkişafına kömək ediblər və Avropanın zəngin mədəniyyət tarixini müdafiə ediblər.

Daha çox öyrən 

Mətbuat üçün açıqlama




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,