Aİ dayanıqlı şəhərlər üçün tərəfdaşlıq proqramına layihə qəbuluna başlayıb
Mart 19, 2021

Aİ dayanıqlı şəhərlər üçün tərəfdaşlıq proqramına layihə qəbuluna başlayıb


Avropa Komissiyası Aİ-yə üzv dövlətlərin və tərəfdaş ölkələrin yerli hökumət orqanlarını “Dayanıqlı şəhərlər üçün tərəfdaşlıq” üzrə proqramına layihə ilə müraciət etməyə dəvət edir.

Proqramın məqsədi Aİ-yə üzv dövlətlərin yerli hökumət orqanları ilə tərəfdaş ölkələr arasında yaradılmış tərəfdaşlıqlar vasitəsilə şəhərlərin inteqrasiyalı inkişafını təşviq etməkdir. 

Layihələr vasitəsi ilə Avropa İttifaqının yeni siyasi prioritetlərinin, xüsusilə də səmərəli idarəçiliyin təşviqinə, o cümlədən “Yaşıl təşəbbüs”, iqtisadi inkişaf, iş yerlərinin açılması və rəqəmsal transformasiya məsələlərinin həllinə töhfə verilməsi nəzərdə tutulur. 

Layihələr şəhərlərin idarə edilməsinin gücləndirilməsinə, sosial inklüzivliyin təmin edilməsinə, dayanıqlığa, yaşıllaşdırılmaya və innovasiyaların yaxşılaşdırılmasına yönəlməlidir. 

Layihələrin son qəbulu tarixi 23 Aprel 2021-ci ildir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Seçim kriteriyası və müraciət forması

 



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,