Aİ Dağlıq Qarabağ münaqişəsinin davamlı nizamlanmasına çağırır
Noyabr 12, 2021

Aİ Dağlıq Qarabağ münaqişəsinin davamlı nizamlanmasına çağırır


Avropa İttifaqı tərəfləri atəşkəs rejiminə ciddi riayət etməyə, qalan bütün əsirləri dərhal azad etməyə, minaların təmizlənməsində tam əməkdaşlığa və Dağlıq Qarabağ və ətraf rayonlarda gərginliyi azaltmağa çağırıb. Avropa Xarici Fəaliyyət Xidmətinin Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasının birinci ildönümü ilə əlaqədar noyabrın 10-da yaydığı bəyanatda belə deyilir. 

“Aİ bu hərbi əməliyyatlar zamanı insan itkisinə görə təəssüflənir və həlak olanların və yaralananların ailələrinə başsağlığı verir. Hərbi əməliyyatlar dayandırılsa da, razılaşdırılmış, hərtərəfli və davamlı nizamlanmaya doğru irəliləmək üçün bir çox həll edilməmiş məsələlər hələ də qalmaqdadır. Qarşıdan gələn illərdə otuz ildən çox davam edən münaqişə və iztirablara son qoymaq üçün hərtərəfli nizamlanmaya ehtiyac var”.

Bəyanatda həmçinin əsirlərin azad edilməsində və minalanmış sahələrin xəritələrinin ötürülməsində Aİ-nin mühüm rol oynadığı, minaların təmizlənməsi və erkən bərpa işləri daxil olmaqla münaqişədən zərərçəkmiş insanlara 17 milyon avrodan artıq humanitar yardım şəklində dəstək verdiyi xatırladılıb. Aİ həmçinin texniki yardım göstərməklə sərhədlərin delimitasiyasına dəstək verməyə hazırdır və Cənubi Qafqazda qarşılıqlı fəaliyyət və iqtisadi əməkdaşlığın bərpasını təşviq edir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,