Aİ Azərbaycanda peşə təhsilini təşviq edir
Avqust 30, 2021

Aİ Azərbaycanda peşə təhsilini təşviq edir


Avqustun 17-də Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən (PTDA) gənclər arasında peşə təhsilinin təşviqi məqsədilə kampaniyaya başlanılıb.

Sözügedən kampaniya çərçivəsində Bakıda yerləşən avtobus dayanacaqlarında və müxtəlif məkanlarda hazırda uğurlu karyera sahibi olan peşə təhsil müəssisələri məzunlarının posterləri yerləşdiriləcək.

Oktyabr ayına qədər davam edəcək kampaniya çərçivəsində peşə təhsili istiqamətində təhsil almaq və uğurlu karyeraya sahib olmağın yolları barəsində davamlı məlumat veriləcək.

Bu təşəbbüs Avropa İttifaqının maliyyələşdirdiyi və BMTİP-nin Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə ortaq şəkildə həyata keçirdiyi “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil edilir. Layihə Azərbaycanda peşə təhsili müəssisələrinin əmək bazarının mövcud ehtiyaclarına uyğunlaşdırılması və cəlbediciliyinin artırılmasına kömək etmək məqsədi daşıyır.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,